Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Yaçek Severa ABŞ-dan alınan “Apaçi” helikopterlərinin Ukraynaya ötürülməsi ilə bağlı məlumatı təkzib edib. Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.
Severa Polşa prezidenti Anjey Duda və baş nazir Donald Tuskun ABŞ-a səfərini şərh edib. Onun sözlərinə görə, Apaçilərin alınması ilə bağlı əldə olunan razılaşmaya onların Ukraynaya transferi daxil deyil.
“Silahlar, o cümlədən “Apache” vertolyotları, Polşa özü üçün alacaq, bu silahlara ehtiyacımız var”, – deyə rəsmi bildirib. O, bu silahların Ukraynaya verilməsinə də razılaşmağı qeyri-mümkün hesab edib.
Havar Şəfiyeva