2023-ün gərgin il olacağını indidən söyləmək olar. Hadisələrin builki gedişatı göstərir ki, Azərbaycanla Ermənistan arasında gərginlik bu il də azalmayacaq.
Elchi.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, sülh sazişinin imzalanması ehtimalı bu il də yüksək deyil, ancaq Qarabağda erməni separatçılara qarşı ünvanlı anti-terror əməliyyatları mümkündür.
Politoloq Rusiya ilə Ukrayna arasında müharibənin də davam edəcəyini ehtimal edir:
“Qonşu İranda daxili qarşıdurma azalmayacaq, toqquşmalar fərqli formalar alacaq, Türkiyədə Cümhurbaşqanı və parlament seçkilərində hakim partiya ilə müxalifət arasında başabaş mübarizə gedəcək, Çinin Tayvanı nəzarətə götürmək istəyi böyük dövlətləri üz-üzə qoyacaq. Bu sıraya Qərbin Rusiyaya qarşı yeni sanksiyalarını, enerji böhranını, dünyada artan inflyasiyanı və pandemiya ilə mübarizənin davamını aid etmək lazımdır…”
Nərminə Mustafayeva Latviya XİN rəhbəri ilə görüşdü
Azərbaycanın Latviyadakı yeni səfiri Nərminə Mustafayeva bu ölkənin xarici işlər naziri Baiba Braje ilə görüşüb. Elchi.az xəbər verir ki, bu...





















Son şərhlər