“Rusiyanın Ukraynada hal-hazırda tək məqsədi var. Əlində olanları nə yolla olursa-olsun itirməmək. Hansı şəhərəsə hücum etməsi və ya şəhərləri raketlərlə vurması guya müharibə davam edir görüntüsü yaratmaq üçündür. Nə geri çəkilə bilir, nə də irəli gedə bilir. Vəziyyətdən çıxış yolu irəli sürülən şərtlərlə razılaşmaqdır ki, bu da məhvə bərabərdir. Bu durumda ən azı deyə bilirlər ki, Rusiya genişlənir, əllərində də faktlar var. İşğal etdikləri ərazilər”.
Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib.
“Hansısa ərazinin geri qaytarılması müqabilində atəşkəs və ya sülh variantı da işləmir. Çünki Rusiya yaxşı bilir ki, bu, təslim olmaq əlaməti kimi dəyərləndiriləcək və Ukrayna işğal olunmuş ərazilərin hamısını tələb edəcək. Ona görə də cəbhədə müharibə görüntüsü yaradıb, əlindəkiləri saxlamağa cəhd edir. Məsələn, Baxmut şəhərinə hücum olsa da, texnika demək olar ki, istifadə edilmir. Ancaq canlı qüvvələr kiçik qruplar şəklində hücuma göndərilir. Onların da əksəriyyəti məhv edilir. Bunları Ukraynada da artıq başa düşüblər. Ona görə bütün ərazilərin azad edilməsindən danışırlar.
Rusiya ordusu tamamilə döyüş qabiliyyətini itirib. Heç bir yolla dönüş yarada bilmir. Vasitələr də tükənir. İtkilər getdikcə artıqca, məsuliyyət də artır. Cavabdehlik qorxusu rəhbərlərin arasında qarşıdurma meyllərini artırır. Qarşıdurma artıqca cəbhədə məğlubiyyətlər də artacaq. Hər şey bir anda başa çata bilər. Yaza kimi Rusiyanın məğlubiyyəti qaçılmaz olacaq”.
Yeganə