“Ukraynanın Xerson istiqamətində əks-hücuma keçməsi Moskvanı çıxılmaz vəziyyətə salıb. Rusiya şərq və şimal istiqamətində qoşunlarını Krımın müdafiəsinə cəlb edir. Xersonun azad edilməsi, Rusiyanın Qara dəniz donanmasına təhlükə yaradacaq.Bununla da Rusiya hərbi gəmiləri Krım limanlarına yaxınlaşa bilməyəcək”.
Elchi.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə FB hesabında qeyd edib:
“Xersonda hərbi əməliyyatlar uğurla davam edəcəksə, Rusiya şimaldan növbəti mərhələdə Ukraynaya qarşı cəbhə aça bilər. Amma, hərbi nöqteyi nəzərindən Rusiya quru əməliyyatlarında əvvəlki kimi uğurlu hərbi əməliyyatlar keçirə bilməyəcək. Rusiyanı şimal istiqamətində digər legioner batalyonlar qarşılaya bilər.
Ukrayna müharibəsi gələn ilə kimi davam etməsi gözlənilir. Rusiya tərəfi senytabrda yenidən Kiyevlə danışıqlar aparmağa cəhd edəcək. Ankarada Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyənin vasitəçiliyi ilə danışıqlar masasına əyləşməsi istisna deyil. Növbəti danışıqlarda Ukrayna tərəfi psixoloji və hərbi üstünlüyə malik olaraq Rusiyani 24 fevral sərhədlərinə çəkilməsini tələb edəcək.
Qeyd edim ki, Xerson azad edilərsə, Zaparoje və Mariupolda azad ediləcək. Bundan sonra V. Zelenski və V. Putinin görüşünə ehtiyac qalmayacaq. Hazırda isə, bele bir görüş üçündə münbit ortamı yoxdur və növbəti aylarda prezidentlər Ankaranın israrina baxmayaraq görüşməyəcək”.
Şayəstə