Avropa Vaşinqtonun Qrenlandiya ilə bağlı iddialarından sonra ABŞ-la münasibətlərdə yanaşmasını dəyişib.
Elchi.az xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.
“ABŞ administrasiyası ilə münasibətlərimizdə daha sərt yanaşma tətbiq etməyə məcburuq”, — deyə nəşrə yüksəkvəzifəli avropalı məmur bildirib və əlavə edib ki, avropalılar amerikalıların Avropanı getdikcə müttəfiq yox, rəqib kimi gördüyünü anlamağa başlayırlar.
Onun sözlərinə görə, Vaşinqtonla Brüssel arasında əməkdaşlığın olduğu dövrlərlə müqayisədə indi vəziyyət köklü şəkildə dəyişib: “İndi biz hakimiyyət uğrunda mübarizədə iştirak edirik”.
Anonim fransız diplomat da Politicoya açıqlamasında bildirib ki, avropalılar ABŞ-ın hörmətsiz münasibətinə görə “yasın beşinci mərhələsini yaşayırlar”. “İndi anlayırıq ki, ABŞ administrasiyası yaxın gələcəkdə çətinliklər yaradacaq”, — deyə o qeyd edib.
Nəşr vurğulayır ki, qarşıdan gələn Münhen Təhlükəsizlik Konfransı — transatlantik diplomatik və müdafiə liderlərinin illik toplantısı — avropalıların mövqeyinin necə formalaşdığını göstərən ilk göstərici olacaq.
Məryəm





















