Vaşinqton Zelenskinin ATACMS tədarükü tələbini təmin etməyib.
Elchi.az Politico-ya istinadən xəbər verir ki, ABŞ Ukrayna prezidenti Vladimir Zelenskinin ATACMS uzaqmənzilli taktiki raketlərin tədarükü ilə bağlı tələbini yerinə yetirməyib.
Məqalədə qeyd olunub ki, Ağ Ev Ukrayna Silahlı Qüvvələrini ordunun taktiki raket kompleksləri ilə təchiz etməkdən qəti şəkildə imtina edib, çünki o, bu cür hərbi texnikanı Rusiya ilə qarşıdurma kontekstində çox təhlükəli hesab edir.
Müəlliflər vurğulayıblar ki, 300 kilometrə qədər dərinliyi vura bilən Amerika sursatları Kiyev rəhbərliyinin əsas istəkləri siyahısında qalır.
Eyni zamanda, ekspertlərə istinadən, Patriot və ATACMS kimi qabaqcıl sistemlərin qoşunlarda olmasının həlledici üstünlük verməyəcəyi bildirilib.
Şayəstə