Polis Respublika stadionunu nəzarətə götürəcək

🗓 15.08.2017 13:44 ✍️ "Elçi" qəzeti

Bu gün Çempionlar Liqasının pley-off mərhələsində Bakıda keçiriləcək “Qarabağ” - “Kopenhagen” oyunu ilə əlaqədar paytaxt polisi gücləndirilmiş rejimdə çalışacaq.

Daxili İşlər Nazirliyinin (DİN) Kütləvi İnformasiya Vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İlham Babayev azvision.az-a bildirib ki, oyun zamanı təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunacaq. “Bütün kütləvi yarışlar və mərasimlər zamanı ən yüksək səviyyədə təhlükəsizlik tədbirləri təşkil olunur. Bu gün də təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunacaq. İnsanlar rahat şəkildə yarışı izləyə biləcəklər” , - deyə DİN rəsmisi bildirib. Qeyd edək ki, “Qarabağ” - “Kopenhagen” oyunu Bakı vaxtilə saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.

Bənzər yazılar