
Gözlənilən aksiya bu gün meydanda özünü göstərdi. Belə ki bir cox müxalif partiya üzvləri, gənclər təşkilatlarının, vətəndaş cəmiyəti aktivistlərinin və media işcilərinin 10 gündən artiqdir ki apardığı təbliğat bu gün fəvvarələr meydanında özünü göstərməkdədir. Mitinqə 5 minə yaxin adamın cixacağından ehtiayat edən hökümət mitinq olacaq əraziyə əvvəlcədən minlərlə polis və daxili qoşunların xususi təyinatli bölümlərini gətirərək bir növ insanlara öz qol gücünü göstərmiş oldu. Qeyd edək ki,bu günki aksiyada əvvəlki aksiyalar kimi polis və xüsusi təyinatlıların insanlara divan tutması ilə yaddaşlarda qalmış oldu.
Azərbaycan demokrat partiyasının təşkilatı işlər üzrə sədr müavini Taliyət Əliyev bu dəqiqələrdə mətbuat konfransında söylədiklərinə görə partiyanın onlarla üzvü müxtəlif dərəcəli xəsarətlər almışlar və aksiyanının bitməsindən 7 saat keçməsinə baxmayaraq onların bir coxlarından hələdə məlumat yoxdur.Taliyət bəyin bildirdiynə görə partiyanının fəal üzvüləri olan Sevda Məmmədova, Tural Əliyev polis və mülki geyimli şəxslər tərəfinfən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.Taliyət bəyin verdiyi başqa bir məlumata görə isə partiyanın digər üzvüləri olan Eldar Raşidov, Səadət Hüseynova, Ramil Zeynalov , həbs olunaraq polis maşınlarına doldurulub aparılsalarda onlar barəsində hələdə xəbər yoxdur. ADP yetkilisninin dediynə görə, onlar polis idarə və bölmələrində öz üzvülərini axtarsalarda polisin onlardan xəbəri olmadığını dedilər.