Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu geri çağırılacaq.
Elchi.az xəbər verir ki, bu barədə Gununsesi.info saytı məlumat yayıb.
Bildirilib ki, Polad Bülbüloğlu ilə bağlı qərar yaxın zamanlarda veriləcək.
“Onun geri çağırılması yaş həddi ilə bağlı olsa da ancaq Moskvadakı səfirlikdə maliyyə pozuntularının üzə çıxması bunu zəruri edib.
Mənbəmizin məlumatına görə, maliyyə qurumları tərəfindən aparılan yoxlamada ciddi mənimsəmələr və digər qanunsuzluqlar üzə çıxıb”, – xəbərdə qeyd olunub.
Qeyd edək ki, Polad Bülbüloğlu 2006-ci ildən bu postu tutur. Onun 78 yaşı var.
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək
Niderlandın xarici işlər naziri Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək. Elchi.az xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı...





















Son şərhlər