“Kurtlar Vadisi Pusu” serialının yeni bölümünün anonsu yayımlanıb
Türkiyədə, Yaxın Şərqdə, eləcə də ölkəmizdə ən çox izlənən “Kurtlar Vadisi Pusu” serialının yeni bölümünün anonsu yayımlanıb.
ANS PRESS-in məlumatına görə, serialın 246-cı bölümündə tamaşaçıları bir-birindən maraqlı hadisələr gözləyir.
“Kurtlar Vadisi Pusu”da həyəcan qaldığı yerdən davam edir. Polad Alemdar anasının intiqamını ala biləcək mi? Artıq Brandon üçün təhlükə yaxınlaşır.
Polad Brandonu ələ keçirir. Ancaq ən yaxın adamı düşmənlərinin əlinə keçir. Cahidi düşdüyü mühasirədən çıxa biləcəkmi?
“Kurtlar Vadisi Pusu” serialının yeni bölümünün anonsunu təqdim edirik:
ANS PRESS