İran Prezidenti Məsud Pezeşkian bildirib ki, başçılıq etdiyi hökumət İslam Respublikasının Ali rəhbəri Müctəba Xameneiyə tabedir.
Elchi.az xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
“Əgər rəhbərlik danışıqlar (ABŞ ilə – red.) aparmamağı əmr etsəydi, biz mütləq tabe olardıq”, – o qeyd edib.
İran Prezidenti hökumətin rəhbərliyin rəyinə tabe olmaması ilə bağlı bəzi ittihamlara istinad edərək, vurğulayıb ki, hökumət inqilab liderinin mövqeyinə əməl edir.





















