“Volodimir Zelenski Rusiya çoxdan lideri Vladimir Putinin rəqibi deyil”.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, bu fikirləri Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
“Bununla əlaqədar olaraq, Zelenskinin xüsusi hərbi əməliyyat başlayandan sonra prezidentimizlə danışmaqda maraqlı olmadığı ifadəsini şərh etməyə ehtiyac yoxdur.
Məncə, cavab tələb olunmur. Zelenski çoxdan Putinin mümkün rəqibi olmaqdan çıxıb”.
Peskov Zelenskinin seçki kampaniyası zamanı verdiyi vədləri xatırladıb. Kremlin rəsmi nümayəndəsinin sözlərinə görə, o, çox yüksək andlara əməl etməyib.
“Cənab Zelenskinin vədlərini xatırlamaq çətin deyil. Lakin o, Donbas problemini həll etdimi, Minsk razılaşmalarını yerinə yetirdimi?”, – deyə Kreml sözçüsü vurğulayıb.
Yeganə
Həmçinin oxu: