Peskov Ukrayna ilə danışıqların əsas şərtini Kiyevin müvafiq münasibəti adlandırıb.
Elchi.az xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə danışıqların mümkünlüyünü rədd etməyib. Yeni ərazi reallıqlarında bu mümkündür, lakin Rusiya tərəfi üçün konkret şərtlər var. Peskov bu barədə 28 fevral 2023-cü ildə keçirdiyi brifinqdə danışıb.
Peskov deyir ki, ilk növbədə, yeni Rusiya əraziləri və hər kəsin hesablaşmalı olduğu Rusiya Federasiyasının Konstitusiyası var. Rusiya heç vaxt bu yeni reallıqlardan əl çəkə bilməyəcək.
Müvafiq olaraq, danışıqlar masası arxasına oturmaq üçün Kiyev rejiminin müvafiq münasibəti lazımdır və əlverişli vəziyyətdə münaqişənin həlli belə formata keçirilə bilər. Lakin unutmaq olmaz ki, Rusiya xüsusi əməliyyat zamanı konkret tapşırıqlar yerinə yetirir və bu məqsədlərə çatmaq lazımdır.
Şayəstə