Kremlin sözçüsü bildirib ki, Rusiya Hindistanla əməkdaşlıq məsələlərində qarşı tərəflərlə təmaslardan çıxış edəcək.
Elchi.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Hindistanın Rusiyadan neft qiymətləri ilə bağlı tavana əməl edəcəyi ilə bağlı mediada daha əvvəl yayılan məlumatları şərh edib. Peskovun sözlərinə görə, Rusiya Hindistanla əməkdaşlıq məsələlərində medianın məlumatlarından deyil, qarşı tərəflərlə təmaslardan çıxış edəcək.
Peskov həmçinin qeyd edib ki, Rusiya prezidenti neftin qiymətinin yuxarı həddi ilə bağlı qərarları təsdiqləyib və Kreml onlara uyğun hərəkət edəcək.
Şayəstə