Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, 9 May keçmiş Sovet İttifaqı xalqları üçün əsas bayramlardan biri kimi qorunub saxlanılır.
Elchi.az Tass.ru-ya istinadən bildirir ki, Peskov “Rossiya-1” telekanalının Moskva üçün şərhində bildirib ki, Rusiya bu dəfə bayram mərasimlərində iştirak etmək üçün Moskvaya gələn dövlətlərin liderlərinə minnətdardır.
“9 May keçmiş Sovet İttifaqı xalqları üçün əsas bayramlardan biri kimi qorunub saxlanılır. MDB-yə üzv olan bir çox dövlətlər hələ də bunu qeyd edilməli olan müqəddəs gün hesab edirlər”.
Yeganə