Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbəti zamanı bir sıra siyasətçilərin 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində hazırkı dövlət başçısı Vladimir Putinin namizədliyinin irəli sürülməsinin zəruriliyi ilə bağlı bəyanatlarını şərh etməkdən imtina edib.
Elchi.az bu barədə Vesti.ru-ya istinadən xəbər verir.
Peskov müvafiq suala “Bunu şərhsiz buraxıram”-deyə cavab verib.
Kremlin sözçüsü onu da bildirib ki, prezident administrasiyası hazırda seçkilərə hazırlıqla bağlı heç bir iş görmür. Çünki təşviqat kampaniyası hələ başlamayıb və Putinin artıq çox aktiv qrafiki və gərgin gündəliyi var.
Yeganə