Peskov: Putin və Makron əlaqə saxlayır, lakin dialoqda fasilə var

54

Kreml sözçüsü qeyd edib ki, danışıqlar əvvəlki mərhələdə konstruktiv olub.
Elchi.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və Fransa lideri Emmanuel Makron təmasdadır, lakin hazırda onların dialoqunda fasilə var. Bunu jurnalistlərə bazar ertəsi, 2023-cü il yanvarın 9-da Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
“İndi dialoqda pauza var, lakin əvvəlki mərhələdə bütün mövcud fikir ayrılıqlarına, o cümlədən dərin fikir ayrılıqlarına baxmayaraq, təmas çox faydalı və çox konstruktiv olub”, – Kreml sözçüsü bildirib.
Xatırladaq ki, Emmanuel Makron demişdi ki, Vladimir Putinin “paradoksu” onun “xoşagəlməz” insan olmamasıdır. Onun sözlərinə görə, Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan Fransa rəhbəri Rusiya prezidenti ilə dialoqu davam etdirməyə çağırıb, lakin eyni zamanda Ukrayna böhranına görə hələ də Moskvanı tənqid edib.

Şayəstə