Rusiya prezidenti Vladimir Putin Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında iştirak etmək niyyətində deyil.
Elchi.az Ria.ru-ya istinadən bildirir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.
“Hələlik prezidentin belə planları yoxdur”, – deyə Peskov Rusiya dövlət başçısının bu tədbirə gedib-getməyəcəyi ilə bağlı sualını cavablandırıb.
Qeyd edək ki, sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası açılacaq. Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenskinin yəqin ki, orada iştirak edəcəyi bildirilirdi. O, bir sıra görüşlərdə iştirak edəcək, həmçinin Ukraynadakı münaqişənin həlli üçün öz sülh formulunu təklif edəcək. Lakin onun planları hələ ki, rəsmi təsdiqini tapmayıb.
Yeganə