Peskov: Putin lazım bildiyi zaman seçkilərdə iştirakını elan edəcək.
Elchi.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin lazım bildiyi zaman prezident seçkilərində iştirakını elan edəcək. Bu barədə onun mətbuat katibi Dmitri Peskov bildirib.
“Putin bunu zəruri və məqsədəuyğun hesab etdiyi zaman elan edəcək. Bu, tamamilə onun qərarı olacaq”, – deyə o, izah edib.
Kreml nümayəndəsi qeyd edib ki, dövlət başçısı öz işində insanların dəstəyinə arxalanıb. O əlavə edib ki, Putinin əsas prioriteti vətəndaşların rifahını və həyat səviyyəsini yaxşılaşdırmaqdır. “Burada, əlbəttə ki, bu birbaşa əlaqənin daim işlədiyinə şübhə yoxdur”, – Peskov vurğulayıb.
Şayəstə Hüseynova