Kreml Rusiya lideri Vladimir Putinin siyasəti ilə HƏMAS-ın hərəkətləri arasında paralel aparan ABŞ prezidenti Co Baydenin sözlərini qəbuledilməz hesab edir.
Elchi.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: “Biz Rusiya Federasiyasına və prezidentimizə qarşı belə bir tonu qəbul etmirik”.
Co Bayden daha əvvəl çıxışı zamanı demişdi ki, Birləşmiş Ştatlar üçün “Həmas və Putin fərqli təhdidlər yaradır, lakin onları hər ikisinin qonşu demokratiyanı tamamilə məhv etmək istəməsi birləşdirir”.
Nuranə Məmmədova