Cənubi Amerika ölkəsi Peruda 5,4 bal gücündə zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, Peru Geofizika İnstitutunun (PGI) məlumatına görə, episentri Perunun şimalındakı Huaral şəhəri olan 5,4 bal gücündə zəlzələ yerin 57 kilometr dərinliyində baş verib.
Peru səlahiyyətliləri tərəfindən edilən açıqlamada can və mal itkisinin olmadığı paylaşıldı.
Dünyada ən çox seysmik hərəkətlərə malik ölkələrdən biri olan Peru “Alov halqası” kimi də tanınan Sakit Okean Seysmik Zonasında yerləşir.
15 avqust 2007-ci ildə Peruda baş verən 7,9 bal gücündə zəlzələdə 595 nəfər həyatını itirib.
Nuranə Məmmədova