Pentaqonun rəhbəri Lloyd Ostin İsrailə gəlib. Səfər çərçivəsində o, İsrailin baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Qalan və digər İsrail rəsmiləri ilə görüşlər keçirəcək.
Elchi.az bu barədə Reuters.com-a istinadən bildirir.
Ostinin səfəri ABŞ dövlət katibi Entoni Blinkenin cümə axşamı İsrailə getməsindən sonraya təsadüf edir. O, Netanyahu və İsrail rəsmiləri ilə də görüşüb.
Pentaqon son günlər Aralıq dənizinin şərqinə təyyarədaşıyan zərbə qrupu və Yaxın Şərqə əlavə qırıcı eskadrilya yerləşdirərək İsrailə dəstək üçün bir sıra addımlar atıb. Müdafiə Nazirliyi həmçinin Təl-Əvivə döyüş sursatları və “Dəmir günbəz” zenit-qərargahları göndərir.
Bundan əlavə, müdafiə rəsmiləri idarə olunmayan bombaları dəqiq idarə olunan sursatlara çevirən kiçik çaplı dəqiq bombaların və birgə birbaşa hücum sursatlarının ötürülməsi üçün İsrailin tələbləri üzərində işləyirlər.
Yeganə