Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor deyir ki, Ukrayna artıq bir dövlət kimi dağılıb. Elchi.az xəbər verir ki, bu barədə o, şəxsi YouTube bloqunda bildirib.
“Ukrayna bir milli dövlət kimi artıq ölüb. Şəhərlərinin və infrastrukturunun 40 faizi dağıdılıb. onun bütün sənaye bazası, Ukraynada real dəyəri olan hər şey Rusiyanın bir hissəsi oldu”, – amerikalı polkovnik izah edib. O əlavə edib ki, il ərzində milyonlarla insan ölkəni tərk edib, onun əhalisi təxminən 18-22 milyon nəfərə (38 milyondan) qədər azalıb.
Makqreqor bundan əvvəl də Qərb ölkələrini Rusiya ilə münasibətlərin daha da gərginləşməsinə imkan verməməyə çağırmışdı.
Havar Şəfiyeva