Pentaqon rəhbəri Lloyd Ostin deyib ki, Rusiya gələcəkdə NATO-ya meydan oxuya bilər. Elchi.az xəbər verir ki, ABŞ Senat Komitəsi qarşısında dinləmələrin yayımı ABŞ Müdafiə Nazirliyinin internet saytında yerləşdirilib.
“Mən şübhə etmirəm ki, gec-tez Rusiya NATO-ya meydan oxuya biləcək və biz bir-birimizə atəş açacağımız vəziyyətə düşəcəyik”, – deyə nazir alyansın Moskva ilə toqquşmasına icazə verib.
Həmçinin Ostin çıxışı zamanı Rusiyanın Ukrayna münaqişəsində qələbəsi üçün şərtlərin adını çəkib.
Havar Şəfiyeva