Elchi.az xəbəbr verir ki, ABŞ Müdafiə Nazirliyi bu məsələni araşdırdıqlarını bildirib.
ABŞ ordusu keçmişdə ABŞ hava məkanına daxil olan Çin şarlarını aşkar edə bilməyib və indi Pentaqon məsələni araşdırır. Müvafiq bəyanatı ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığının rəhbəri Qlen Van Herk çərşənbə axşamı, 7 fevral 2023-cü il tarixində keçirdiyi brifinqdə verib.
“Biz bu təhdidləri qəbul etməmişik,” Herc etiraf etdi, “Və bu, izləmə sistemimizdə araşdırmalı olduğumuz boşluqdur.”
Çin Xarici İşlər Nazirliyi Vaşinqtonu “Çin casus şarı” ilə bağlı spekulyasiyanı dayandırmağa çağırıb. Bu sözləri Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq ABŞ üzərində səmada kəşfiyyat şarının olması ilə bağlı açıqlamaları şərh edərkən deyib.
Xatırladaq ki, Çin Xarici İşlər Nazirliyi ABŞ üzərindən görünən Çindən gələn hava şarının külək səbəbindən marşrutdan ciddi şəkildə kənara çıxması ilə bağlı açıqlama yayıb. Bununla bağlı Pekin hava şarının ABŞ ərazisi üzərində olmasından təəssüfləndiyini bildirib.
Şayəstə