Pentaqon “Əş-Şəbab” liderinin məhv edildiyini təsdiqləyib

🗓 05.09.2014 22:35 ✍️ "Elçi" qəzeti
Pentaqon hava zərbəsi nəticəsində “Əş-Şəbab” terror qruplaşmasının təsisçisi Əhməd Qodanın öldürüldüyünü 1393324867_elbəyan edib.
  APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, Pentaqonun rəsmi açıqlamasında belə deyilir.   “Əş-Şəbab”ın təsisçilərindən biri Əhməd Qodanın məhv edildiyi barədə məlumatı təsdiqləyirik”, - Pentaqonun mətbuat xidmətinin bəyanatında deyilir.   Sentyabrın 2-də ABŞ-ın Somalidə “Əş-Şəbab” qruplaşmasına qarşı hərbi əməliyyat keçirməsi barədə məlumat yayılmışdı.

Bənzər yazılar