"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Pensiya ödənişində YENİ QAYDALAR

07 Yanvar 2019 - 17:24
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

Diqqət! Bakıda bu yollar bağlıdır

Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

Bu il yanvarın 1-dən pensiya qanunvericiliyində qüvvəyə minən dəyişikliyə əsasən, pensiya təyinatının avtomatlaşdırılmış şəraitdə həyata keçirilməsinə başlanılıb. Pensiya hüququ yarananda ölkə vətəndaşının onu reallaşdırmaq üçün sənəd toplayıb hansısa quruma müraciət etməsinə ehtiyac yoxdur. Həmin islahat tədbiri pensiyalarda artıma da imkan yaradıb.

Elchi.az AZƏRTAC-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Çingiz Əliyev pensiya qanunvericiliyində həyata keçirilən bu yeniliyin məğzini şərh edərək deyib: “Vətəndaşın qanunvericilikdə nəzərdə tutulan pensiya yaşı çatdığı təqdirdə heç bir təşkilata müraciət edib sənəd toplamadan, pensiya yaşı tamam olan gün ona elektron qaydada pensiya təyin olunacaq. Ona, 2006-cı ilin əvvəlindən, yəni fərdi uçot sistemi tətbiq olunandan sonra 2018-ci il iyulun 1-dək fərdi hesabında toplanan məbləğdən asılı olmayaraq pensiya kapitalı qeydə alınıbsa, 2006-cı ilədək 25 il sosial sığorta stajı hesablanır, həmin vaxtdan sonrakı dövr isə fərdi hesabında olan pensiya kapitalı da nəzərə alınmaqla müvafiq hesablama aparılaraq pensiya təyin edilir. Əgər pensiya təyin edilənlərdən kimlərinsə faktiki stajı 2006-cı ilədək 25 ildən çox təşkil edirsə, onların faktiki stajı əsasında pensiya təyinatı həyata keçirilir”.

Şöbə müdiri qeyd edib ki, pensiya təyin olunan kimi vətəndaşa SMS və e-mail vasitəsilə bu barədə, həmçinin pensiyanın məbləği və pensiya kartını haradan əldə edəcəyi barədə məlumat çatdırılır: “2019-cu ildə pensiya yaşına çatanlardan 70 faizinə, təxminən 36 min nəfərə pensiyalar avtomatlaşdırılmış qaydada təyin ediləcək və onların pensiyalarının məbləğlərində, gəlirlərində artımlar gözlənilir, çünki 2006-cı ilə qədər vətəndaşlara təqdim edilən 25 il sosial sığorta stajı minimum 122 manat pensiya qazanılması deməkdir. 2006-cı ildən sonra işləyənlər üçün həmin məbləğin üzərinə fərdi hesabında qeydə alınmış pensiya kapitalının hesablanması yolu ilə əlavələr də edilir”.

Çingiz Əliyevin verdiyi məlumata görə, yaşa görə müavinət təyin ediləcək on minlərlə vətəndaş pensiya sahəsində həyata keçirilən bu islahat tədbiri nəticəsində artıq əmək pensiyası hüququna malik olacaq: “Yəni bu il təxminən 19,5 min nəfər şəxs onlara avtomatik şəkildə 25 il sosial sığorta stajı hesablanması nəticəsində yaşa görə əmək pensiyası almaq hüququ qazanacaq. Bu da yaşa görə sosial müavinətdən yaşa görə pensiyaya keçdikləri üçün onların gəlirlərində artım özünü göstərəcək”.

Nazirliyin rəsmisi onu da bildirib ki, bu il pensiya yaşına çatanlardan 30 faizinin isə pensiyaları hələ ki, avtomatlaşdırılmış qaydada təyin edilməyəcək. Onların sırasına güzəştli şərtlərlə əmək pensiyasına hüquq qazananlar, dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, millət vəkilləri və s. daxildir. Lakin onların da pensiya təyinatının avtomatlaşdırılması üçün işlər aparılacaq.

Previous Post

Pensiya ödənişində YENİ QAYDALAR

Next Post

Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 9-a çatıb

Bənzər yazılar

Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

13 Sentyabr 2026 - 12:35

Sentyabrın 14-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Bakıda və Abşeron yarımadasında cənub küləyi...

Diqqət! Bakıda bu yollar bağlıdır

Diqqət! Bakıda bu yollar bağlıdır

13 Sentyabr 2026 - 10:21

Təmir işləri ilə əlaqədar paytaxtın Xətai rayonunda 3 ünvanda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur. Elchi.az xəbər verir ki, bu...

Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

13 Sentyabr 2026 - 10:00

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Elchi.az xəbər verir ki, bu...

Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

12 Sentyabr 2026 - 14:32

16 sentyabr saat 11:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci sinfinə üzrlü səbəbdən gecikən uşaqlar üçün boş...

Next Post
Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 9-a çatıb

Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 9-a çatıb

Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 9-a çatıb

Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 9-a çatıb

Son xəbərlər

Almaniyada Merzə qarşı üsyan qorxusu yaranıb

Almaniyada Merzə qarşı üsyan qorxusu yaranıb

13 Sentyabr 2026 - 12:51
Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

13 Sentyabr 2026 - 12:35
“Starlink”in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

“Starlink”in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

13 Sentyabr 2026 - 11:00
Diqqət! Bakıda bu yollar bağlıdır

Diqqət! Bakıda bu yollar bağlıdır

13 Sentyabr 2026 - 10:21
Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

13 Sentyabr 2026 - 10:00
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

12 Sentyabr 2026 - 18:31
Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

12 Sentyabr 2026 - 17:55
Tramp: “İranla razılaşmaya can atmıram”

ABŞ Prezidenti: İrlandiyanın birləşməsini çox istəyirəm

12 Sentyabr 2026 - 17:23
“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

12 Sentyabr 2026 - 16:54
Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

12 Sentyabr 2026 - 16:18
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

12 Sentyabr 2026 - 16:00
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

12 Sentyabr 2026 - 15:49
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

12 Sentyabr 2026 - 15:25
Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

12 Sentyabr 2026 - 14:32
Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

12 Sentyabr 2026 - 13:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.