"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

PENİTENSİAR XİDMƏTİN “TİTANİK”İ – İstintaq təcridxanalarında nələr baş verir?

17 Noyabr 2014 - 13:44
in GÜNDƏM
FacebookVatsap

1suv“Yazılmamış qanunlar bütün həbs yerlərində mövcuddur və dəhşətli xərçəng xəstəliyi kimi məhbusları və onların yaxınlarını sorub yeyirlər”

Bunu da oxuyun

Azərbaycan Prezidentinin Bişkekdən geosiyasi mesajı – RƏY

Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir – CANLI

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub YENİLƏNİB

Noyabrın 6-da təqdimatı keçirilən “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı “Həbs yerlərində mövcud vəziyyət, siyasi məhbus problemi, qarşıda duran vəzifələrə dair” hesabatı ilə bağlı saytımızda məlumat vermişdik. Hesabatda əksini tapan mühüm məqamlarla bağlı “Məhbuslara işgəncə verən vəzifəli şəxslərin QARA SİYAHISI” və “Həbsxanalardaki dəhşətli korrupsiyanin fotosu” adlı məqalələr də artıq “AzPolitika.info”da dərc olunub. Bu dəfə isə hesabatda əksini tapan digər maraqlı məqamlar barədə məlumat verəcəyik.

Bir daha xatırladaq ki, 12 bölümdən ibarət olan bu hesabat Azərbaycanda həbs yerlərindəki vəziyyəti, məhbusların hüquqları və siyasi məhbus probleminə dair ümumi və ayrı- ayrı mənzərəni əks etdirən son illərin ən real və obyektiv hesabatlarından biri kimi təqdim olunur.
1sm-300x225“AzPolitika.info”nun məlumatına görə, hesabatın hazırlanmasında qanunsuz həbs həyatı yaşamış keçmiş vicdan və siyasi məhbusların təqdim etdiyi məlumatlardan istifadə olunub, yerli və beynəlxalq təşkilatların hesabatları nəzərdən keçirilib, həmin hesabatların müqayisəli təhlili aparılıb. Həmçinin hazırda həbsdə olan bəzi məhbusların, onların vəkillərinin, ailə üzvlərinin fikirləri öyrənilib, onlardan müsahibələr götürülüb. Bakıda və regionlarda mövcud olan İstintaq Təcridxanalarında, Cəza Çəkmə Müəssisələrindəki mövcud vəziyyət öyrənilib və qiymətləndirilib, həbs yerlərindəki real vəziyyətin monitorinqi əsas götürülüb. Yerli və beynəlxalq qanunvericilik aktları araşdırılıb. Bir sözlə, hesabat müəllifləri qarşılaşdıqları, gördükləri və onlara qarşı münasibətdə tətbiq olunan məqamları, eləcə də əldə etdikləri məlumatları sənədə köçürüblər.

Hesabat 3 istiqamətdə aparılan araşdırmaları, təhlilləri özündə ehtiva edir: həbs yerlərində saxlanma şəraiti, məhkumların hüquqları və siyasi məhbus problemi.

İstintaq təcridxanalarındakı müsbət dəyişikliklər…

2 bitHesabatda yer alan diqqətçəkən məqamlardan biri də, istintaq təcridxanalarındakı vəziyyətlə bağlı qeydlərdir. Bununla bağlı hesabatda ilk növbədə müsbət dəyişikliklərdən bəhs edilib. Bildirilib ki, keçmiş SSRİ dövrü ilə müqayisədə Azərbaycanda hazırda həbsxanalardakı vəziyyət və məhbusların hüquqlarının təmin olunması ilə bağlı az da olsa müəyyən nəzərəçarpacaq müsbət dəyişikliklər həyata keçirilməkdədir: “Bu proses ölkənin Avropa Şurasına daxil olması, “Avropa Penitensiar Qaydaları” adlı beynəlxalq Konvensiyaya qoşulduqdan sonra start götürüb. Bakıda Bayıl həbsxanası daxil olmaqla, müasir tələblərə cavab verməyən bir sıra həbs düşərgələri ləğv edilərək yenilərinin tikilməsinə başlanılıb. Paytaxtda Kürdəxanı ərazisində müasir tələblərə müəyyən qədər cavab verən Bakı İstintaq Təcridxanası tikilib istifadəyə verilib. Hazırda ölkənin bir sıra bölgələrində yeni İstintaq Təcridxanalarının və Cəza Çəkmə Müəssisələrinin tikilməsinə başlanılıb. Bəzi rayon, şəhər polis idarələrinin Müvəqqəti Saxlama Təcridxanaları (MST) yenidən təmir edilib. Əvvəlki illərlə müqayisədə məhbusların saxlanma şəraiti, yemək, tibbi xidmət, daşınma, nəzarət və s. məsələlərdə az da olsa müəyyən irəliləyişlər mövcuddur”.

Eyni zamanda hesabatda bildirilir ki, əvvəlki illərlə müqayisədə beynəlxalq və yerli təşkilatların Azərbaycandakı həbs yerlərinə, eləcə də məhbusların saxlanma şəraitinin yaxşılaşdırılmasına, onların hüquq və vəzifələrinin təmin olunmasına diqqət artıb: “Həmin təşkilatların nümayəndələri həbs yerlərinə baş çəkir, məhbuslarla görüşür, onların saxlanma şəraiti və hüquqlarının necə təmin olunması ilə maraqlanırlar. Real təsir gücünə malik olmasa da Ombudsman Aparatının əməkdaşları da vaxtaşırı olaraq həbs yerlərinə baş şəkir, dustaqlarla görüşüb onların şikayətlərini dinləyirlər.
Penitensiar müəssisələrdə saxlanılan şəxslərin hüquqlarının təmin edilməsinə nəzarətin təşkil edilməsi məqsədilə Ədliyyə Nazirliyinin strukturunda Cəzaların İcrasına Nəzarət üzrə müfəttişlik və İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi yaradılıb.
Eyni zamanda əvvəlki illərlə müqayisədə aidiyyatı həbs yerlərində dövlət orqanları dustaqlara dini ayinlərə əməl etməyə icazə verirlər”.

“Ayrıseçkilik, korrupsiya, qanunsuzluq və işgəncə halları…”

1ttttHesabatın növbəti bölümündə isə İstintaq Təcridxanalarında hələ də qalmaqda olan neqativ məqamlardan bəhs edilir. İlk növbədə bildirilir ki, Azərbaycanda olan həbs yerlərinin (və Cəza Çəkmə Müəssisələrinin- red.) əksəriyyəti Sovet dövründən qalma köhnə tikililərdir. Daha ciddi problem isə həbs yerlərində baş verən qanunsuzluqlardır: “Ölkənin hər yerində və bütün dövlət qurumlarında olduğu kimi, həbs yerlərində də qanunlar tam gücü ilə işləmir, məhbuslara qarşı münasibətdə ayrıseçkilik, korrupsiya, qanunsuzluq və işgəncə halları mövcuddur. Tibbi, texniki, maddi təchizat, sosial və digər xidmətlər çox aşağı səviyyədədir. Dustaqların yemək, qidalanma, geyim və s. problemləri bərbad vəziyyətdədir. Həbs yerlərinə və məhbusların saxlanmasına, onların hüquq və vəzifələrinin təmin olunmasına məsul olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin fəaliyyəti daha çox ictimaiyyət və cəmiyyət üçün qapalı, qeyri-şəffaf, hesabatlılıqdan qaçan, ictimai məlumatlandırmanı obyektiv və operativ təmin etməyən qurum təsiri bağışlayır. Sözügedən qurum bu sahədə mövcud olan yerli və beynəlxalq qanunların tətbiq olunması, dustaqların faydalı işlərə cəlb olunması, onların cəmiyyətə yenidən adaptasiya olunması istiqamətində hər hansı təsirli tədbirlər görmür. Dustaqlar üçün həbs yerləri əksər hallarda bir növ azadlıqdan məhrum olunan şəxslərin islah olunması, öz səhvlərindən nəticə çıxarması əvəzinə daha çox onların cəza çəkilən, qanunsuzluğun və ədalətsizliyin baş alıb getdiyi bir mühitdən bir az da kobud və qisasçı ruhda yenidən cəmiyyətə qaytaran müəssisə təəssüratı yaradır”.

“Təqsirləndirilən şəxslər, məhkumlar “ağ və qara” dustaqlara bolünür”

0ghHesabatda bildirilir ki, bəzi istintaq təcridxanaları zahiri baxımdan yenilənsə də, daxilində köhnə qaydalar – insan hüquq və azadlıqlarının ən kobud şəkildə pozulması davam etdirilir: “Məlumdur ki, ölkədə 1 saylı Bakı İstintaq Təcridxanası, 2 saylı Gəncə İstintaq Təcridxanası və 3 saylı Süvəlan İstintaq Təcridxanası fəaliyyət göstərir. 1 saylı Bakı İstintaq Təcridxanası müəyyən qədər müasir Avropa standartlarına uyğun olaraq dövlət vəsaiti hesabına tikilib istifadəyə verilib. İlk baxışdan elə görünürdü ki, buradakı işçi və xidmət personalı da Avropa həbsxanalarına uyğun hazırlanıb formalaşacaq. Çox təəsüf ki, Azərbaycan “standartları” reallığı özünü tez biruzə verdi. Belə ki, buradakı təqsirləndirilən şəxslər, məhkumlar “ağ və qara” dustaqlara bolünür. Təcridxana korpusları, kameraları “burjuylar” və kasiblar uçun təbəqələşib. ”Burjuylar” (yəni pullu dustaqlar) üçün bütün hüquqlar qorunur- təbii ki, pul hesabına. Məhkumların və onların yaxınlarının hüquqları ilk olaraq təcridxananın girəcəyindəki “sovqat qəbulu” (peredaça otağı) məntəqəsində pozulur. Yaxınlarına sovqat ötürməyin müxtəlif qiymətləri mövcuddur. 5- 15 manat bir şəxsə göndərilən, qanuni sovqatın kasıblar üçün müəyyən olunmuş qiymətidir. ”Burjuylar” üçün daha yüksək məbləğ ödənilir və onlara göndərilən sovqatlara məhdudiyyət qoyulmur. ”Peredaçanı” qəbul edən məhkumlar ilk öncə korpus “starşinasını” görməlidir, eyni zamanda həmin korpuslarda növbə çəkən nəzarətçilərə də “milli mentalitet”-ə uyğun olaraq “hörmət” edilməli, yəni pul verilməlidir. Pul olmasa “humanist” nəzarətçilərin məhkum üçün evdən gələn yeməklərin ən yaxşısını seçib götürmək hüququ var”.

At tövləsində saxlanılan təqsirləndirilən şəxslər

1cezaDaha sonra sənəddə bildirilir ki, istintaq təcridxanalarında təqsirləndirilən şəxslərə, məhkumlara yanaşma nəzarətçilərin maddi vəziyyəti ilə bağlı da fərqlənir: “Kameralarda qızdııcı elektrik avadanlığından istifadə etmənin 1 saylı Bakı İstintaq Təcridxanasında aylıq qiyməti 100- 150 manat arasındadır. Saxlanması qadağan olunan digər əşyaların istifadəsi üçün də “rejim” tərəfindən dəqiq müəyyən edilmiş qiymətlər var. 1 saylı və 3 saylı İstintaq Təcridxanaları arasında gözlə görünən böyük fərqlər mövcuddur. Bakı İstintaq Təcridxanasının imkanlı işçilərinə rəğmən Şüvəlandakı xidmət personalı öz insafına görə fərqlənir. Buradakı zabit və gizirlər, nəzarətçilər bir qədər kasıb təbəqəyə mənsubdurlar və onlarla “dil tapmaq” daha asandır.
Şüvəlan Təcridxanasındakı yaşayış korpusları köhnədir, əksər korpuslar Bakı neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin at tövləsi olub. İçməli su gundəlik olaraq maşınlarla gətirilir. İstilik və havalandırma sistemləri yoxdur”.

“Hər bir şey üçün pul ödəmək lazımdır”

1ruHesabatda qeyd edilir ki, Bakı İstintaq Təcridxanasından fərqli olaraq, Şüvəlan İstintaq Təcridxanasında elektrik qızdırıcıları üçün aylıq haqq alınmır: “Burada “Titanik” adlanan 3 mərtəbəli, 100-dən yuxarı kamerası, nisbətən yaxşı şəraiti olan binada da əsasən “burjuylar” qalır. Siyasi məhbuslar, jurnalistlər də burada saxlanılır. Lakin “burjuylar”-dan fərqli olaraq, siyasi məhbus və jurnalistlərdən heç bir təmənna güdülmür. Məhkumların yaxınlarının göndərdiyi sovqata görə 5-10 manat arası pul ödənilir. Bu yazılmamış qanunlar Azərbaycandakı bütün polis şöbələrindəki Müvəqqəti Saxlama Təcridxanalarında (MST), İstintaq Təcridxanası, Cəza Çəkmə Müəssisələrində mövcuddur və dəhşətli xərçəng xəstəliyi kimi məhbusları və onların yaxınlarını “sorub yeyir”. Polislərin nəzarətindəki MST- larda vəziyyət daha acınacaqlıdır, hər bir şey üçün pul ödəmək lazımdır. Əksər MST- lərdə verilən qanuni görüşə də pul ödənməlidir. Burada “hakimi-mütləq” D.P.N.K-ların, əsgər komandirlərinin hesabı mütləq verilməlidir. Məhkuma göndərilən hər 10 siqaretdən biri xidmət çəkən ədliyyə əsgərlərinə verilir, üstəlik gecə növbəsində olan nəzarətçilər kameraları gəzərək əsgərlər üçün qənd, çay ”55” (yəni şirniyyat) yığırlar”.

“Xəstələr saglam adamlarla eyni kameralarda saxlanılır”

Row of Jail CellsHesabatda həmçinin bildirilir ki, istintaq təcridxanalarında saxlanılan şəxslər bir çox hüquqlarından məhrum olurlar – tibbi yardımdan, televiziyadan, mətbuatdan, idmandan. Və bəzən də işgənçəyə məruz qalırlar: “Kameralar 16- 17 kvadratmetrdir. İçəridə açıq ayaqyolu var (məsələn, Şüvəlan İstintaq Təcridxanası). Bu da işıqlandırma yeri kiçik (gözlüklər 50 x 80 sm ölçüsündədir), havalandırma mexanizmi olmayan kameralarda müxtəlif problemlər və hətta bir çox xəstəliklər yaradır. Saxlanma otaqlarında (kamerada) soyutma sistemi (kondinsioner) yoxdur. Yayda elektrik soyutma ventilyatoru dustağın öz hesabına alınır. Xəstələr saglam adamlarla eyni kameralarda saxlanılır”.

Əyalətlərdəki təcridxanalarda havanı da pulla satırlar
1havaHesabatda əyalətlərdəki İstintaq Təcridxanalarında vəziyyətin daha ağır olduğu vurgulanır: “Bakı və Bakı ətrafı həbs yerləri ilə müqayisədə əyalətlərdəki analoji müəssisələrin vəziyyəti daha acınacaqlıdır. Gözdən- könüldən uzaq, dövlət nəzarətinin zəif, ictimai nəzarətin isə ümumiyyətlə olmadığı bu müəssisələrin həm texniki vəziyyəti, orda dustaqların saxlanma şəraiti, həm də qanunların tətbiqi bərbad vəziyyətdədir. Məsələn, Gəncədəki İstintaq Təcridxanasında saxlanılmış məhbuslar ordakı vəziyyətlə bağlı bildirib ki, məhbuslara verilən yeməyin keyfiyyəti çox aşağıdır, saxlanma yerində antisanitariya hökm sürür, tibbi xidmət bərbad haldadır; “Dustaqalara verilən yeməkləri yemək mümkün deyil. Təsəvvür edin ki, çürümüş toxumluq kartof soyutmasını verirlər. Çörəyi isə kəpəkdən bişirirlər. Evlərindən azuqə gəlməyən məhkumlar ondan yeməyə məcburdurlar. Burada davranış məsələsində SSRİ-dən qalma qaydalar əsas götürülür. Həm də kameralarda “qarmoşka” deyilən gözlüklər var. Ora açılarkən kamerada havalanma olur. Gəncə təcridxanasında “qarmoşkanın” saatını iki manata açırlar. Burda da rüşvət mexanizmi geniş yayılıb və bu mexanizm mərkəzləşdirilib, hər bir müəssisədə bir nəfər pulun toplanması və ötürülməsi işi ilə məşğul olur”.

Salyanda yerləşən 5 saylı Xələc Cəza Çəkmə Müsəsisəsində də analoji vəziyyət hökm sürür. Bu cəzaçəkmə müəssisəsində bir ildən artıq dustaq olmuş vəkil Qurban Məmmədov burada vəziyyətin digər CÇM- lərdən fərqlənmədiyini bildirir: «Azərbaycanda ümumiyyətlə cəzaçəkmə müəssisələri insan ləyaqətinin alçaldılması, tapdalanması üçün uyğunlaşdırılıb. Xüsusilə də Xələcdə 5 saylı cəzaçəkmə müəssisəsi. Nə qədər orda vəziyyətin düzəldiyi bildirilsə də, əgər Salyanda dinc əhalinin su, istilik, elektrik problemi varsa, insanlar hüquq-mühafizə orqanları qarşısında öz hüquqlarını müdafiə edə bilmirlərsə, cəzaçəkmə müəssisələrində vəziyyətin fərqli olduğunu düşünmək absurddur və gülüncdür».

Hesabatın digər məqamları ilə bağlı növbəti yazılarda məlumat verəcəyik.

Previous Post

PENİTENSİAR XİDMƏTİN “TİTANİK”İ – İstintaq təcridxanalarında nələr baş verir?

Next Post

TQDK-nın binası sökülür

Bənzər yazılar

Azərbaycan Prezidentinin Bişkekdən geosiyasi mesajı – RƏY

Azərbaycan Prezidentinin Bişkekdən geosiyasi mesajı – RƏY

01 Sentyabr 2026 - 17:03

Böyük siyasətdə təsadüflərə yer yoxdur. İlk baxışdan hətta təsadüfi hesab olunan hadisələr belə zamanla möhtəşəm geosiyasi gedişatın unudulmaz rəmzinə çevrilə...

İlham Əliyev Venesuelada baş verən zəlzələ ilə bağlı başsağlığı verdi

Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir – CANLI

31 Avqust 2026 - 18:45

Qırğızıstanın paytaxtı Bişkek şəhərində 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir. Elchi.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev...

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub  YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub YENİLƏNİB

31 Avqust 2026 - 17:21

Avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub. Elchi.az...

Özbəkistan Prezidenti Mehriban Əliyevanı təbrik etdi

Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevaya zəng edib

26 Avqust 2026 - 18:46

Avqustun 26-da Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəng edib. Elchi.az xəbər verir ki,...

Next Post

TQDK-nın binası sökülür

Putin: “Ukrayna müstəqil, azad və suveren ölkədir”

Son xəbərlər

Tramp: “İranla razılaşmaya can atmıram”

Tramp: “İranla razılaşmaya can atmıram”

02 Sentyabr 2026 - 09:45
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

02 Sentyabr 2026 - 09:37
“Bitcoin”in qiyməti yenidən 78 min dollardan aşağı düşüb

“Bitcoin”in qiyməti yenidən 78 min dollardan aşağı düşüb

02 Sentyabr 2026 - 09:24
ABŞ-İran gərginliyi fonunda neftin qiyməti 95 dolları ötüb

ABŞ-İran gərginliyi fonunda neftin qiyməti 95 dolları ötüb

02 Sentyabr 2026 - 09:16
Qlobal fond bazarlarında kəskin eniş qeydə alınıb

Qlobal fond bazarlarında kəskin eniş qeydə alınıb

02 Sentyabr 2026 - 09:06
“Bank of America”nın vitse-prezidenti Nyu-Yorkda bıçaqlı hücum nəticəsində ölüb

“Bank of America”nın vitse-prezidenti Nyu-Yorkda bıçaqlı hücum nəticəsində ölüb

01 Sentyabr 2026 - 22:43
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətlərinə “yeni baxış” lazımdır

Paşinyan: Ermənistanın Rusiya ilə münasibətlərinə “yeni baxış” lazımdır

01 Sentyabr 2026 - 22:20
“Xatəm əl-Ənbiya” ABŞ-ni cavab zərbəsi ilə hədələyib

“Xatəm əl-Ənbiya” ABŞ-ni cavab zərbəsi ilə hədələyib

01 Sentyabr 2026 - 22:14
Bu il 89 uşaq övladlığa verilib

Bu il 89 uşaq övladlığa verilib

01 Sentyabr 2026 - 21:58
Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin məhkəməsi başlayır

01 Sentyabr 2026 - 21:55
Azərbaycanlı jurnalistlər İsraildə 7 oktyabr faciəsinin baş verdiyi məkanı ziyarət ediblər

Azərbaycanlı jurnalistlər İsraildə 7 oktyabr faciəsinin baş verdiyi məkanı ziyarət ediblər

01 Sentyabr 2026 - 21:51
Sentyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar məlum olub

Sentyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar məlum olub

01 Sentyabr 2026 - 21:48
Almaniya Rusiyanın Bonndakı baş konsulluğunu bağlayacaq

Almaniya Rusiyanın Bonndakı baş konsulluğunu bağlayacaq

01 Sentyabr 2026 - 21:47
Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

01 Sentyabr 2026 - 19:26
Azərbaycanın Fransadakı səfiri Paris meriyasının ittihamlarına cavab verib

Azərbaycanın Fransadakı səfiri Paris meriyasının ittihamlarına cavab verib

01 Sentyabr 2026 - 19:10
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.