Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninqin sözlərinə görə, Çin hakimiyyəti ABŞ-ın İranın daxili işlərinə potensial müdaxiləsinə qarşıdır.
Elchi.az xəbər verir ki, “Biz ardıcıl olaraq ABŞ-ın digər dövlətlərin daxili siyasətinə müdaxiləsinin əleyhinəyik”,-deyə o, brifinqdə Amerika hakimiyyətinin İslam Respublikasına qarşı hərbi güc tətbiq etməsi perspektivlərini şərh edərkən deyib.
Rəsmi nümayəndənin aydınlaşdırdığı kimi, Pekin Tehranın milli sabitliyi təmin etmək səylərini dəstəkləyir.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp İranla iş aparan bütün ölkələrə 25% rüsum tətbiq edib. Bu, iğtişaşları təşkil etməkdə ABŞ və İsraili günahlandıran İslam Respublikasında etiraz dalğasından sonra baş verdi. Amerika lideri Tehrana qarşı güc tətbiqini istisna etməyib.
Yeganə





















