Qərbdə gender müxtəlifliyi, tarixi revizionizm kimi yeniliklər tətbiq etməklə ümumrusiya və milli kimliyin əsaslarını məhv etməyə cəhdlər edilir.
Elchi.az xəbər verir ki, bu barədə “İzvestiya”ya Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev məlumat verib.
Onun sözlərinə görə, Qərb ölkələrində Rusiya Federasiyası ilə rusların daxili birliyini pozmağa, eləcə də əhalini ruhdan salmağa cəhdlər edilib. Patruşev qeyd edib ki, bunun üçün bütöv qurumlar yaradılıb:
“ABŞ və Avropadakı bütün qurumlar yorulmadan ən ağılsız yalançı elmi nəzəriyyələrin yaradılması üzərində işləyirlər”.
Bundan əlavə, Patruşev vurğulayıb ki, Amerika fondları Rusiya ilə həmsərhəd ölkələrdə qeyri-sabit vəziyyəti necə saxlamaqla bağlı guya elmi məqalələr yazır, həmçinin orada anti-Rusiya ritorikası yayırlar.
Yeganə