Braziliyanın Ali Məhkəməsi keçmiş prezident Jair Bolsonaronun İsrailə səfər etmək üçün müsadirə edilmiş pasportunu qaytarmaq tələbini rədd edib.
Elchi.az xəbər verir ki, Braziliyada keçmiş prezident Jair Bolsonaronun vəkilləri İsrailin baş naziri Benyamin Netanyahunun may ayında keçiriləcək tədbirə dəvətinə qatıla bilməsi üçün keçmiş prezidentin pasportunun qaytarılmasını istəyib.
Ali Məhkəmənin hakimi Alexandre de Moraes “istintaq altında olan şəxsə qoyulan məhdudiyyəti aradan qaldırmağın hələ tez olduğunu” bildirərək tələbin rədd edildiyini açıqlayıb.
Şayəstə Hüseynova