Bu gün Ermənistan parlamentində Xarici Əlaqələr Daimi Komissiyasının iclası zamanı Köçəryanın “Ermənistan” müxalifət fraksiyasının Azərbaycan parlamentinin 8 noyabr 2022-ci il tarixli bəyanatına cavab vermək təklifi müzakirə edilib.
Elchi.az xəbər verir ki, bu barədə “Caliber.az” məlumat yayıb.
“Köçəryanın fraksiyasının nümayəndəsi Andranik Tevanyan bəyanat layihəsi təqdim edib. Hakim “Mülki müqavilə” fraksiyasının deputatı Eduard Ağacanyan isə bildirib ki, onlar müzakirə ediblər, lakin məzmunla bağlı fikir ayrılıqları olub və layihə üzrə səsvermədə bitərəf qalıblar”, – məlumatda deyilir.
Qeyd edək ki, Ermənistan parlamentinin bu gün keçirilən növbədənkənar iclasının gündəliyinə Qələbə günü münasibətilə azərbaycanlı deputatların qəbul etdiyi sənədlə bağlı bəyanat daxil edilib.
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib – YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının...





















Son şərhlər