Paşinyan sabah mətbuat konfransı keçirəcək

67

Ermənistanın baş naziri Nikol Paşinyan sabah mətbuat konfransı keçirəcək.

Elchi.az News.am-a istinadən xəbər verir ki, bu barədə “Haykakan Çamanak”-dan bildirilib.

Əvvəlki mətbuat konfransında olduğu kimi, bu dəfə də jurnalistlərin Paşinyana şəxsən sual vermək imkanı olacaq.

Qeyd olunur ki, bu dəfə əvvəlki mətbuat konfransı ilə müqayisədə daha çox media nümayəndələri dəvət olunacaq.

Yeganə