Paşinyan mətbuat konfransı keçirəcək

96

Ermənistanın Baş naziri Nikol Paşinyan bazar ertəsi mətbuat konfransı keçirərək medianın suallarını cavablandıracaq.

Elchi.az News.am-a istinadən məlumatına görə, jurnalistlərin Paşinyana şəxsən sual vermək imkanı olacaq.

Saytın məlumatına görə, 5-dən çox media orqanı dəvət olunacaq.

Xatırladaq ki, Paşinyanın sonuncu dəfə çağırdığı mətbuat konfransı martın 14-də baş tutub.

Yeganə