Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dayandırıb.
Elchi.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan France 24 telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Ermənistanın KTMT-də iştirakı “dondurulub”.
Paşinyan İrəvanın imtinasını “müxtəlif səbəblərlə” izah edib və həmçinin KTMT-dən çıxmaq üçün “zəmin hazırlamadığını” əmin edib. Kreml Ermənistanın bu strukturda işləməyə yanaşmasına yenidən baxacağına ümid etdiyini bildirib
Eyni zamanda, KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov Ermənistanın Təşkilatdan çıxmaq üçün sənədləri təqdim etmədiyini bildirib. “Ermənistanın KTMT-dən çıxması ilə bağlı heç bir açıqlama verilməyib və bununla bağlı heç bir sənəd alınmayıb”, – general bildirib.
Hazırda KTMT-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. Təşkilatın əsas məqsədləri sülhü, beynəlxalq və regional təhlükəsizliyi möhkəmləndirmək, üzv dövlətlərin müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini kollektiv əsasda qorumaqdır.
Nuranə Məmmədova