Ermənistanın Baş nazir Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Renaud-Basso ilə görüşüb.
Elchi.az xəbər verir ki, bu barədə baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Baş nazir qeyd edib ki, AYİB proqramları biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun rəqabət qabiliyyətinin artırılması, kapital bazarlarının inkişafı, şəhər işıqlandırması və digər istiqamətlər baxımından Ermənistan hökumətinin təşəbbüsü ilə həyata keçirilən islahatlar üçün böyük əhəmiyyət kəsb edir. O, bildirib ki, gələcəkdə AYİB tərəfindən həyata keçirilən investisiyaların həcmi artacaq və iqtisadiyyatın ən müxtəlif sahələrini cəlb edəcək. Baş nazir AYİB tərəfindən ölkəmizdə kiçik və orta biznes üçün proqramların həyata keçirildiyini vurğulayıb və əlavə edib ki, Ermənistan hökumətinin məqsədi biznes sektorunun inkişafına və aktivləşməsinə yeni təkan verməkdir.
Odil Renaud-Basso vurğulamışdı ki, AYİB müxtəlif sahələrdə planlaşdırılan proqramlarda Ermənistan hökumətinə yardımını davam etdirməyə və genişləndirməyə hazırdır.
Yeganə