"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Paşinyan AŞ PA-da “Qafqaz canişini” statusunda

01 Oktyabr 2025 - 14:59
in SİYASƏT
FacebookVatsap

Azərbaycan və Gürcüstan nümayəndə heyətinin fəaliyyətini dayandırmağa məcbur olduğu qurumda Ermənistanın baş naziri hörmətli qonaq kimi qarşılanır – ikili standartın beləsi…

Bunu da oxuyun

Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyası öz işinə başlayıb. Məlumdur ki, Azərbaycan ötən ilin yanvarından, Gürcüstan isə bu ilin yanvarından AŞ PA-dakı fəaliyyətini dayandırıb. Hər iki ölkəyə qarşı irəli sürülmüş ittihamların motivi aşağı-yuxarı eynidir. Azərbaycanda insan haqlarının pozulması mövzusunda şərtlər irəli sürülüb. Avropa Şurası Gürcüstandan ötən ilin oktyabrında bu ölkədə keçirilmiş parlament seçkilərinin nəticələrinin ləğvini, qanunsuz aksiyalarda tutulanların azadlığa buraxılmasını, yeni parlament seçkilərinin keçirilməsini tələb etdiyi üçün Gürcüstan nümayəndə heyəti də fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

Azərbaycanla danışıqlarda heç bir irəliləyiş yoxdur, rəsmi Bakı quruma bağlı İnsan Haqları Məhkəməsinin qərarlarının icrası öhdəliyindən imtina edib, AŞ üzvlüyündən çıxmaq barədə qərarı da istisna etməyib. Gürcüstanla bağlı son gəlişmə isə budur ki, Strasburq ölkəni AŞ-dən çıxarmaqla hədələyir. Gürcüstanı və Azərbaycanı anti-Rusiya sanksiyalarına qoşa bilməyən Avropa institutları həm də bu “sözəbaxmazlığa” görə hər iki Qafqaz ölkəsini cəzalandırıb, halbuki Rusiyanın bu sanksiyalardan yayınmasına kömək edən Ermənistan milyonlar qazandı, qazanmaqda da davam edir. Demək, Fransada yerləşən AŞ PA-da erməni lobbisinin güclü mövqeləri qalmaqdadır. Bəlli olub ki, Ermənistanın baş naziri Nikol Paşinyan Strasburqa gedib. Səfər çərçivəsində AŞ PA sədri Teodoros Russopulos, Avropa Şurasının baş katibi Alain Berset, Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Matias Guillaumard, eləcə də Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O’Flaherti ilə görüşlər keçirib. Paşinyanın AŞ PA-da çıxışı da nəzərdə tutulub.

Azərbaycan və Ermənistan 2001-ci ilin 25 yanvarında Avropa Şurasına üzv qəbul edilib. Qonşu ölkənin 20 faiz ərazisini işğal edən Ermənistanın bu quruma üzv qəbul edilməsi əlbəttə ki, Avropa dəyərlərinə, konvensiyalara, eləcə də insan hüquqlarına zidd addım idi. Paşinyanın hakimiyyəti illərində Ermənistanda demokratik vəziyyət yalnız “kağız üzərində” irəliləyib, müxalifət institutu kifayət qədər zəiflədilib. Amma bunları Azərbaycana qarşı qərəzli bəyanatları sıralayan Avropa Parlamenti də, AŞ PA mda görməzdən gəlir. Paşinyanın Strasburqa dəvəti də bunu göstərir. Amma o da həqiqətdir ki, indi AŞ PA-da Cənubi Qafqazda səsvermə hüququ qalan Ermənistandır.

Deputat Günay Ağamalı televiziya və radio işçilərini təbrik edib

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a açıqlamasında bütün bunların kökündə Azərbaycana qarşı ikili standartların dayandığını bildirdi: “Azərbaycanın və Gürcüstanın AŞ PA-dakı fəaliyyətini dayandırmaq məcburiyyətində qalması əslində Avropa institutlarının ikili standartlarının nəticəsidir. Çünki bu təşkilat region ölkələrinə münasibətdə seçici yanaşma tətbiq edir, Ermənistanın işğalçılıq siyasətini, insan haqlarının kobud şəkildə pozulmasını, demokratiyanın yalnız formal çərçivədə qalmasını görməzdən gəlir.

Strasburqa Ermənistanın baş naziri Nikol Paşinyanın dəvət olunması, onun müxtəlif görüşlər keçirməsi və AŞ PA-da çıxış etməsi əslində Avropa institutlarının Cənubi Qafqazda hansı xətt üzrə mövqe qazanmaq istəyinin bariz nümunəsidir. Halbuki Ermənistan illərlə Azərbaycanın ərazilərini işğal edib, yüz minlərlə insanı öz doğma torpaqlarından didərgin salıb, soyqırımlar həyata keçirib. Belə bir dövlətin Avropa Şurasına üzv qəbul edilməsi vaxtilə ciddi yanlışlıq idi, bu gün isə Paşinyanın legitimləşdirilməsi Avropa dəyərlərinin tam inkarı deməkdir. Azərbaycanın mövqeyi birmənalıdır. Biz heç vaxt ikili standartlara, qərəzli yanaşmalara boyun əyməyəcəyik. Dövlətimizin xarici siyasət kursu müstəqillik, suverenlik, milli maraqlar, prioritetləri isə Türk Dövlətləri ailəsinə inteqrasiya, oranı daha da bütünləşdirmək üzərində qurulub. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün beynəlxalq platformalarda ədaləti, haqqı, insani dəyərləri və beynəlxalq hüququ müdafiə edir. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl bütün dünyanı, obrazlı şəkildə ifadə etməli olsaq, öz əsri etmiş COVİD-19 zamanı ölkəmiz məhz sözdə insan dəyərlərini müdafiə edən hər bir dövlətə, təşkilata necə davranmaq lazımdır nümunəsi göstərdi. Təbii ki, bizim üçün əsas meyar Avropa Şurası və ya hər hansı beynəlxalq təşkilatın qərəzli yanaşması deyil, məhz öz milli maraqlarımız və dövlətimizin strateji inkişaf yoludur. Biz Avropa institutlarının əsl mahiyyətinə keçmiş Qarabağ münaqişəsi zamanı və ondan sonra inkişaf edən geosiyasi proseslərə verilən reaksiyalardan, xüsusilə Aİ Missiyası kontekstindən bələdik. Azərbaycan bundan sonra da milli maraqlarını qətiyyətlə müdafiə edəcək, heç bir beynəlxalq platformada təzyiq və şərtlərlə güzəştə getməyəcək. Azərbaycanın əsas dayağı xalqımızın birliyi, ordumuzun gücü və dövlətimizin əzmlə həyata keçirdiyi müstəqil siyasətdir”.

ƏHD Partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlı hesab edir ki, AŞ PA ölkəmizə qarşı qərəzli mövqeyindən əl çəksə, o zaman yenidən təmsilçilik barədə düşünmək olar: “Azərbaycan haqlı olaraq Avropa Şurası Parlament Assambleyasının haqsız mövqeyinə görə fəaliyyətini dayandırıb. Bilirsiniz ki, qurumda əsas söz sahibi Fransadır. Fransa da 2020-ci il Vətən müharibəsindən, Qarabağ və ətraf rayonları işğaldan azad etdikdən sonra həyasızcasına Azərbaycanın üzərinə gəldi. Təbii ki, işğalçı Ermənistana görə, özü də utanmadan, beynəlxalq hüquqa əhəmiyyət vermədən. Bilirik ki, dünyada ən güclü erməni diasporu və lobbiçiliyi Fransada yerləşir. Paşinyanın əsas dayağı Fransadır. Paşinyan məhz Qərbin maliyyə dəstəyi ilə hakimiyyətə gətirilib. Onun bu gün hakimiyyətdə qalmasına da əsas Qərb dairələri dəstək verir. Paşinyan hakimiyyətə gələn kimi dərhal qisas məqsədilə vaxtilə onu həbs etdirmiş keçmiş prezident Köçəryanı, bir necə generalı, partiya sədrlərini, millət vəkillərini həbs etdirdi. Düzdür, sonradan Rusiya prezidentinin müdaxiləsi ilə Köçəryan ev dustaqlığına buraxıldı, ancaq digərləri həbsdə qaldı. Mətbuat və vətəndaş cəmiyyətinin nümayəndələrinə, blogerlərə cinayət işi açıldı, həbs edildi. Ancaq bəlli səbəbdən AŞ PA Ermənistanda baş verənlərlə bağlı hər hansı qərar qəbul etmədi, insan hüquqlarının kütləvi pozulmasını, siyasi düşüncələrinə görə həbs olunanları “görməzdən” gəldi. Çox təəssüf ki, bu cür qurumlar Qərbin, ABŞ-nin və bəzi dairələrin əlində alətə çevriliblər. Lazım olanda həmin ölkələrə qarşı təzyiq rolunu oynayırlar. Əlbəttə ki, bu məsələdə Rusiya faktoru da yer alıb. Həmin dövrdə Azərbaycanın Rusiyaya qarşı sanksiyalara qoşulmaması da ciddi narahatlıq yaradırdı. O dövrdə ABŞ-də prezident Co Bayden idi. Azərbaycan hər zaman beynəlxalq qurumlarda təmsil olunmağa və ikitərəfli əməkdaşlığa üstünlük verib. Ancaq görəndə ki, dövlət və milli maraqlarımıza təhdid var, qərəz var, o zaman cənab Prezident İlham Əliyev çox doğru qərarlar qəbul edir. Heç bir qurum və ya dövlət Azərbaycana diktə edə bilməz və biz tam müstəqil, beynəlxalq normalara uyğun fəaliyyət göstəririk. Bizə qarşı qəzəbi və nifrəti olan şəxslərlə bir qurumda necə fəaliyyət göstərə bilərik? AŞ PA Azərbaycana qarşı əsassız və qərəzli mövqeyindən geri çəkilsə, o zaman AŞ PA-dakı fəaliyyət haqqında düşünmək olar”.

Previous Post

FHN məktəblilər üçün “açıq qapı günü” tədbirləri keçirib

Next Post

İlon Mask Marsa köçür?

Bənzər yazılar

Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

01 Oktyabr 2026 - 22:37

BMT Baş Assambleyasının Xüsusi Siyasi və Müstəmləkəsizləşdirmə Komitəsinin (Dördüncü Komitə) birinci plenar iclası zamanı Azərbaycan BMT-nin dekolonizasiya səylərinə sarsılmaz dəstəyini...

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 18:31

Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqı Şurasının Şərqi...

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53

Bu gün Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. Elchi.az xəbər verir ki, iclasda əvvəlcə Komissiyanın 11 dekabr 2025-ci...

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 17:47

Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqı Şurasının Şərqi...

Next Post
İlon Mask Marsa köçür?

İlon Mask Marsa köçür?

Prezident və birinci xanım Nərimanovda yeni parkın açılışında iştirak ediblər

Prezident və birinci xanım Nərimanovda yeni parkın açılışında iştirak ediblər

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

01 Oktyabr 2026 - 22:39
Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

01 Oktyabr 2026 - 22:37
Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olunub

Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olunub

01 Oktyabr 2026 - 22:35
Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

01 Oktyabr 2026 - 22:12
Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

01 Oktyabr 2026 - 22:08
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 19:25
Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

01 Oktyabr 2026 - 19:12
Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

01 Oktyabr 2026 - 19:00
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

01 Oktyabr 2026 - 18:52
“Bavariya” Noyerə alternativ axtarır

“Bavariya” Noyerə alternativ axtarır

01 Oktyabr 2026 - 18:44
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 18:31
Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

01 Oktyabr 2026 - 18:23
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 18:15
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

01 Oktyabr 2026 - 17:59
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.