"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Partiyasını 100 min manata satdığı deyilən Məmməd Əlizadəyə qarşı şok ittihamlar – Tanınmış akademik nələri açıqladı?

23 Oktyabr 2014 - 12:24
in SİYASƏT
FacebookVatsap

1«Günlərin bir günündə Kiyevin Reklam İnstitutunun prorektoru Bakıya gəldi. O da -Fılialı açmaq üçün on min dollar pul versəniz, fılial açılacaq,- söylədi… Nazir Misir Mərdanov bu qardaşlara əməllicə dəstək verirdi…»

…İki qardaş tanıyırdım: Məmməd Əlizadə və Hüseyn Əlizadə. Onlar heç yerdə işləmirdi, çayxanalarda özlərinə «müştəri» axtarırdılar. Məmməd öz partiyasını yüz yetmiş min manata satıb sovurmuşdu. Məmməd BDU-nun nəşriyyatında çalışırdı, gəlib-gedənləri sevib seçirdi. Nəhayət, işdən çıxarıldı. Özünə münasib iş yerini tapa bilmədi, heç kəs onu işə qəbul etmirdi.
Günlərin birində mənə dedi ki, bir iş tapmışam. Ukraynanın Dnepropetrovski şəhərində yaxşı tanışım var, Bakıda institutut filialı aça bilərik, qeyrətli, pulsuz uşaqları orda oxudarıq… And içdi, aman qıldı, məni inandırdı. Dedi, «On yeddi min manat pul gərəkdir, bu pulu versən, məsələni həll edəcəyəm”.
Günlərlə bu barədə danışıb deyirdi. Bu pulu da ona verdim. Özünə oxşayan Əsgər adlı birisini mənimlə tanış etdi. Əsgər də and içib sözünü dedi. Əsgər ilə qatarla yola düsdüm. Qatarda pullarımı oğurladı… Kupedə, ancaq ikimiz gedirdik. Gedib Dnepropetrovski şəhərinə çatdıq. Həmin gun universitetə rektorun qəbuluna getdik. Rektor Əsgəri tanımırdı, qətiyyətlə bildirdi ki, Bakıda fılial açmaq mümkün deyil. Əsgər rektorla şərtləşmədi (Nəhayət, bir neçə il əvvəl fılial açıldı, ancaq «yaramaz qardaşlar» öz haqqını tapmadı).
Bakıya qayıtdıq, mənim arzum kor-peşiman qaldı. Öz pullarımı Məmməddən istədim. Bir neçə gündən sonra pulları gətirdi. Mənim maşınımda pulları saydı, on min manatı özünə götürdü, yeddi mini isə mənə qaytardı. Bir maşın da bizim yanımızda dururdu. Məmməd onların yanına getdi, 10 min pulu da onlara verdi, beləliklə, borcunu ödəmədi.
Məmməd vəd verdi ki, borcunu ödəyəcək. Artıq on ilə yaxındır ki, borcumu vermir ki, vermir. Məndən gizlənir. Gözə görünmür. Telefonla danışsam da, mənim yanıma gəlib-getmir, görüşmür. Neçə dəfə zəng edib söz verdi, amma gəlmədi, aldatdı.
Məmmədin qardaşı Hüseyndən də danışmaq çox müsibətdir, bir-birindən seçilmir. Günlərin bir günündə Vahid Zəngilanlı adlı birisini mənə təqdim etdi. O da Ukraynanın Bakıdakı səfirliyində bir işçisini mənimlə tanış etdi. Hüseyn, Vahid və diplomat işçisinə söz verdi. Onlar dedilər ki, on min dollar pul olsa, məsələni həll edəcəyik.
Günlərin bir günündə Kiyevin Reklam İnstitutunun prorektoru Bakıya gəldi. O da -Fılialı açmaq üçün on min dollar pul versəniz, fılial açılacaq,- söylədi.
Mənimlə Hüseyn Kiyevə getdik, prorektorla görüşdük. Sənədləri hazırlayıb bizə təqdim etdi. Bakıya qayıtdıq, filial fəaliyyətə başladı. Bir ilə yaxın işlədim, nizam-intizam yaradıldı. Cəmi-cümlətani əlliyə yaxın tələbə toplandı. Öz cibimdən xərcləri ödəyirdim. Kirayə binası üçün pul verirdim, müəllim və texniki işçilərə maaş təyin olunmuşdu və s.
Bir müddətdən sonra Təhsil Nazirliyindən məktublar alırdım. Məktublarda yazılırdı ki, Kiyev Reklam İnstitutunun Bakı filialının fəaliyyəti qadağandır.
Cürbəcür yerlərdən bu məzmunda məktublar gəlirdi, dayanmırdı. Bundan sonra fılialı bağladım. Bu məktubları Hüseyn göndərərdi, dostlarına yardımlar həll edərdi. Filialı Ət Kombinatı binasında başlatdı. Padamdarda, Korlar İdarəsində, Xırdalan qəsəbəsində yerlərini dəyişdirdi. Filialın yerlərini azdırırdı, heç kəs səs-soraq eşitməsin. Hüseynin «qardaş»ları dost-tanışları səfərbər edərək, abituriyentləri cəlb edir, saxta bir universitet formalaşırırdı.
Beləliklə, Hüseyn on ilə yaxındır ki, Kiyev Reklam İnstitutunun Bakı filialının fəaliyyətini qanunsuz davam etdirərək, fırıldaqçıların beşiyi olan təhsil ocağını günü-gündən genişləndirirdi, avam adamları yoldan çıxarırdı, hətta qanun-qayda tanımırdı, öz hökmü ilə davam edirdi. Keçmiş təhsil naziri M.Mərdanov Kiyev Reklam İnstitutunun Bakı filialına isə, nədənsə, güldən ağır söz demirdi. Təhsil Nazirliyi həmin filialdan hesabat almırdı, tədris hissəsini yoxlayıb bildirmirdi və s. Kiyev Reklam İnstitutunun Bakı filialı müstəqil instituta çevrildi, heç kimə tabe olmadı, çünki arxasında Misir Mərdanov var idi, bir sözlə, nazirliyə tabe olmadı. Qeyri -qanuni müəllimlər toplusu Hüseyn Əlizadənin hökmönə tabe oldu. Qiyabi yolla hüquqşünas olmuş bir müəllim birdən-birə dəyişdi.
***
İki-üç ildir ki, Hüseyn Əlizadə yeni bir hiylə işlədib. Kiyev Reklam İnstitutunun Bakı filialını dəyişdirib, onun yerinə Dağıstan Hüquq və Maliyyə İnstitutunun Bakı filialını açıb. Artıq, keçmiş filialın üstünü örtməkdədir, izi azdırmaqda və sair. Heç kəs sənədlərini yoxlamır, səs-küy çıxarmadan susurlar.
Bu gün də Dağıstan filialı yaşayır, işləyir, heç yerdən səsi çıxmır. Görünür ki, Təhsil Nazirliyi bunun da yerini tapa bilmir. Hüseyn Əlizadənin filialı aşkara çıxmır. Hec bir rəsmi idarələr ona toxunmur.
Hüseyn Əlizadə Korlar İdarəsini təmir etdirdi, uzun müddət burada işlədi. Ancaq fılialın üstü açıldı, bu dəfə özünə yeni filial dəstgahı yaratdı. Filialının ünvanı gizli şəkildə qaldı. Bir qrup fırıldaqçıların yeni guşəsi yenə də bəlli deyil. Amma onlara inanıb aldananlar hələ də var.
Hüseyn Əlizadə borc alıb qaytarmadı. Həmin dövrlərdə bir illik hesabatı mənə bildirmədi. Kiyev Reklam İnstitutunun rektorundan əmr aldı. Saxta fılialı saxta əmrlərlə işlətdi. BDU-nun hüquq faköltəsinin qiyabi şöbəsini bitirən Hüseyn Əlizadənin savad-bilikdən xəbəri yoxdur. Rektor kimi özünü göstərdi, müdafiəyə elmi şuranın sədri kimi özünü yaşatdı. Tədris işlərindən xəbəri olmadan fılialı gözə soxdu.
Neçə illərdir ki, «diplom» satır. Beş min manat pul alıb Dağıstan həmkarları ilə sövdələşir. Hüseyn haqqın yolunu tapa bilmişdi. Evlər alıb tikir, restoranlarda günlərini keçirir. Filialı işlətmədən öncə iki-üç manat pul istəyirdi. Bu gün isə Hüseyn ağaya döndü dəyişdi, büsbütün bir başqa adama döndü.
Bakı şəhərinin Nərimanov rayon Polis İdarəsi, prokuror, məhkəmə Hüseyni tanımır. O mənada ki, neçə illərdir onlara şikayət etsəm də, nəticəsi yoxdur. Nərimanov rayon Polis İdarəsi 18-ci polis bölməsi Hüseynə heç bir söz demir, onu mühafizə edirlər. Müstəntiq bu qardaşlara bircə söz də demədi, onların günahını ortaya qoymadı. Müstəntiq mənə belə deyir: «Belə bir böyük hökumət adamı Məmməd və Hüseyn Əlizadələri tapşırıb, onun sözündən çıxmaq olmaz. Qanun da elə belədir».
Müstəntiqin yanında sonuncu dəfə olanda Hüseyn və qaynı Rauf müstəntiqin yanında qaldı. Nə isə, onların sövdələşməsi bax beləcə baş tutdu. Görəsən nazir Ramil Usubovun 18-ci bölmədəkilərin bu işindən xəbərdardırmı?
Hüseynə və qaynı Rauf nə işlə məşğuldur, bunu hüquq mühafizə orqanları araşdırmalıdır. Onlar qızıl siqar qabını mənə vermişdi, sonra isə qaytardım. Dəyəri iki min səkkiz yüz manat idi. Hüseyn dedi ki, Rauf mənim qaynımdır, qızıl siqar qabını mənə ver, satıb pulunu verəcək. Neçə ildir Rauf pulumu vermir, Höseyn isə başımı qatır, bir söz demir, azdırır.
Hüseyn və Məmməd Əlizadələri kim aşkara çıxaracaq?! Hüseyn Əlizadə dövlətin təhsil siyasətinə badalaq gəlir, yüzlərlə vətəndaşları azdırır, pulunu alıb aldadır. Kiyev və Dağıstan filialları qanunsuz açılmışdır. Bu filiallarda tədris qayda və qanunlarla həyata keçirilmir. İnanıram ki, Təhsil Nazirliyi öz sözünü deyəcək, aldanan vətəndaşlar isə ayılacaqdır. Sonra gec ola bilər. Necə ki, ABU-da aldanan minlərlə vətəndaş indi ikiəlli başına döyür.
Ə.Qurbanoğlu
Akademik
Redaksiyadan: Qarşı tərəfin də mövqeini öyrənmək və dərc etmək üçün iki gündür ki, Məmməd və Hüseyn Əlizadə qardaşları ilə əlaqə saxlaya bilmirik… Araşdırmamız isə olduqca inanılmaz faktları üzə çıxarmaqdadır. Növbəti yazıda ətraflı bəhs olunacaq.
\\ tezadlar.az \\

Bunu da oxuyun

Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

Bakıda Azərbaycan və Norveç arasında siyasi məsləhətləşmələr keçirilib

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Previous Post

Partiyasını 100 min manata satdığı deyilən Məmməd Əlizadəyə qarşı şok ittihamlar – Tanınmış akademik nələri açıqladı?

Next Post

İŞİD Qərb paytaxtlarında da hücuma başlayır

Bənzər yazılar

Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

22 Oktyabr 2026 - 23:16

Azərbaycan BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Birinci Komitənin (Silahsızlanma və Beynəlxalq Təhlükəsizlik Komitəsi) adi silahlarla bağlı tematik müzakirələrində Azərbaycanın...

Bakıda Azərbaycan və Norveç arasında siyasi məsləhətləşmələr keçirilib

Bakıda Azərbaycan və Norveç arasında siyasi məsləhətləşmələr keçirilib

22 Oktyabr 2026 - 18:51

22 oktyabr tarixində Bakı şəhərində Azərbaycan Respublikası və Norveç Krallığı Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. XİN-dən...

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

22 Oktyabr 2026 - 17:12

Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru” Ümumdünya Sammiti çərçivəsində “Uşağın gözü ilə...

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

22 Oktyabr 2026 - 15:16

Rumıniyada vətəndaşlıq əldə etmək üçün sənədlərin saxtalaşdırılması ilə bağlı böyük qalmaqal yaranıb. Elchi.az Bakupost.az-a istinadla xəbər verir ki, ölkənin Baş...

Next Post

İŞİD Qərb paytaxtlarında da hücuma başlayır

İŞİD Qərb paytaxtlarında da hücuma başlayır

Son xəbərlər

Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

22 Oktyabr 2026 - 23:16
Ukrayna və Finlandiya arasında 300 milyon avroluq yeddi saziş imzalanıb

Ukrayna və Finlandiya arasında 300 milyon avroluq yeddi saziş imzalanıb

22 Oktyabr 2026 - 23:14
Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır

22 Oktyabr 2026 - 23:09
Ukrayna müharibədən sonra təhlükəsizlik təminatlarının üç variantını nəzərdən keçirir

Ukrayna müharibədən sonra təhlükəsizlik təminatlarının üç variantını nəzərdən keçirir

22 Oktyabr 2026 - 23:07
Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib

Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib

22 Oktyabr 2026 - 21:20
Azərbaycanın 2060-cı ilədək xalis sıfır emissiya hədəfinə nail olması üzrə uzunmüddətli strategiya təsdiqlənib

Azərbaycanın 2060-cı ilədək xalis sıfır emissiya hədəfinə nail olması üzrə uzunmüddətli strategiya təsdiqlənib

22 Oktyabr 2026 - 21:18
ABŞ və Danimarka dənizçilik sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar

ABŞ və Danimarka dənizçilik sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar

22 Oktyabr 2026 - 21:16
Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib

Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib

22 Oktyabr 2026 - 20:14
Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub

Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub

22 Oktyabr 2026 - 20:13
Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək

Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək

22 Oktyabr 2026 - 20:11
Azərbaycanda texnopark rezidentləri üçün vergi güzəştləri 20 ilədək uzadılıb

Azərbaycanda texnopark rezidentləri üçün vergi güzəştləri 20 ilədək uzadılıb

22 Oktyabr 2026 - 20:09
Çində 7 maqnitudalı zəlzələ olub

Çində 7 maqnitudalı zəlzələ olub

22 Oktyabr 2026 - 19:43
Kəmaləddin Heydərov yeni qərar imzaladı

Kəmaləddin Heydərov yeni qərar imzaladı

22 Oktyabr 2026 - 19:29
MATE ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə olunub

MATE ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə olunub

22 Oktyabr 2026 - 19:08
Bakıda Azərbaycan və Norveç arasında siyasi məsləhətləşmələr keçirilib

Bakıda Azərbaycan və Norveç arasında siyasi məsləhətləşmələr keçirilib

22 Oktyabr 2026 - 18:51
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.