"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Parlamentdə futbol müzakirəsi

05 İyun 2026 - 14:29
in XƏBƏR LENTİ
FacebookVatsap

Milli Məclisin bugünkü plenar iclasında “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Bunu da oxuyun

Professor Novruz Hacıyev və həmkarlarının ixtirasına 5-ci patent verilib

“NYMEX” əmtəə birjasında təbii qaz bahalaşıb

Serbiyada müxalifət parlamentin heç bir komitəsinə rəhbərlik etməyəcək

Elchi.az-ın məlumatına görə, müzakirələrdə komitə sədri Fazil Mustafa çıxış edib.

Bildirib ki, Azərbaycan futbolunda yaranan son vəziyyət investorların idmana marağına mənfi təsir göstərə və uzun illər ayrılan vəsaitlərin effektivliyinə dair ciddi suallar yarada bilər.

Fazil Mustafa qeyd edib ki, son günlər Azərbaycan futbolunda baş verən hadisələr ciddi narahatlıq doğurur. Bu mənada deputat Tovuzun “Turan” klubu ilə bağlı UEFA-nın verdiyi qərarı xatırladıb. Bildirib ki, iş adamı futbol klubuna milyonlarla vəsait yatırır, komanda nəticə qazanaraq Avropa yarışlarına vəsiqə əldə edir, lakin sonradan iştirakla bağlı problemlərlə üzləşir:

“İş adamı gedir, komandanı götürür, milyonlarla vəsait xərcləyir, Avropa kuboklarına vəsiqə qazanır, sonra məlum olur ki, bu komanda 10 il Avropada iştirak edə bilməz. Əgər bu barədə əvvəlcədən məlumat verilməyibsə, bu, çox ciddi məsələdir”.

Komitə sədrinin sözlərinə görə, belə hallar gələcəkdə idmana investisiya yatırmaq istəyən sahibkarların qərarlarına təsir göstərə bilər:

“Hansı iş adamı bundan sonra milyonlarla vəsait xərcləyib bir klub götürər, hansısa rayonda idman həyatını canlandırmağa çalışar?! Bu məsələlərə kiçik epizod kimi baxmaq olmaz”.

fazil.jpg (79 KB)

Deputat həmçinin vurğulayıb ki, futbol sahəsində şəffaflıq və idarəetmə məsələləri ayrıca diqqət tələb edir:

“Biz korrupsiya məsələlərinə yalnız hansısa dövlət qurumunda baş verən ayrıca hadisə kimi baxmamalıyıq. Bunun nəticəsi illərlə ayrılan vəsaitlərin səmərəliliyinə də təsir edir”.

Fazil Mustafa region ölkələri ilə müqayisələr də apararaq bildirib ki, legioner futbolçuların sayı baxımından Azərbaycan geri qalır:

“Özbəkistanın 60 legioner futbolçusu var, Gürcüstanın 120, Ermənistanın 40 futbolçusu müxtəlif ölkələrdə çıxış edir, ölkələrinə gəlirlər qazandırırlar. Azərbaycanın isə cəmi 9 futbolçusu xaricdə oynayır və onların böyük hissəsi yüksək səviyyəli futbol ölkələrində çıxış etmir. Bu, ölkəyə valyuta gətirmək, ölkənin nüfuzunu artırmaq deməkdir. Ona görə də futbol sahəsindəki problemlərə daha sistemli yanaşmaq lazımdır”.

Komitə sədri mini futbol üzrə Azərbaycan yığmasının Dünya və ikiqat Avropa çempionları olmasını nümunə olaraq çəkib. Bildirib ki, bu fakt bəzilərinin Azərbaycanın futbol ölkəsi olmadığı barədə iddialarına tutarlı cavabdır. (musavat)

Previous Post

Bunu edənlər 7000 manatadək cərimə OLUNACAQ

Next Post

Ağdamda 100-dən çox şəxs qayğı ilə əhatə olundu

Bənzər yazılar

Professor Novruz Hacıyev və həmkarlarının ixtirasına 5-ci patent verilib

Professor Novruz Hacıyev və həmkarlarının ixtirasına 5-ci patent verilib

24 Noyabr 2026 - 12:59

Azərbaycan Tibb Universitetinin (ATU) Ümumi cərrahlıq kafedrasının əməkdaşı, professor Novruz Hacıyev və həmkarlarının növbəti ixtirası patentləşdirilib. Elchi.az xəbər verir ki,...

“NYMEX” əmtəə birjasında təbii qaz bahalaşıb

“NYMEX” əmtəə birjasında təbii qaz bahalaşıb

24 Noyabr 2026 - 09:01

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Elchi.az xəbər verir ki, 2026-cı ilin dekabr ayında çatdırmaq...

Serbiyada müxalifət parlamentin heç bir komitəsinə rəhbərlik etməyəcək

Serbiyada müxalifət parlamentin heç bir komitəsinə rəhbərlik etməyəcək

23 Noyabr 2026 - 21:33

Serbiyada müxalifət qüvvələri parlamentin heç bir komitəsinə başçılıq etməyəcək. Elchi.az agentliyinin məlumatına əsasən, bu barədə bu gün parlamentdə baş tutan...

Tramp “Nvidia” rəhbərinin üç yeni çip hazırlamaq istədiyini açıqlayıb

Tramp “Nvidia” rəhbərinin üç yeni çip hazırlamaq istədiyini açıqlayıb

23 Noyabr 2026 - 21:31

"Nvidia"nın baş direktoru vəzifəsinə bərpa edilmiş Censen Huanq artıq üç yeni çipin hazırlanması üzərində düşünür. Elchi.az -ın məlumatına görə, bunu...

Next Post
Ağdamda 100-dən çox şəxs qayğı ilə əhatə olundu

Ağdamda 100-dən çox şəxs qayğı ilə əhatə olundu

Mənzildə it və pişik saxlayanların DİQQƏTİNƏ

Mənzildə it və pişik saxlayanların DİQQƏTİNƏ

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Professor Novruz Hacıyev və həmkarlarının ixtirasına 5-ci patent verilib

Professor Novruz Hacıyev və həmkarlarının ixtirasına 5-ci patent verilib

24 Noyabr 2026 - 12:59
Bakıda 10 yaşlı qız avtomobil vurması nəticəsində öldü

Bakıda 10 yaşlı qız avtomobil vurması nəticəsində öldü

24 Noyabr 2026 - 12:29
Bakıda “Kəlağayı Bayramı” adlı konsert keçirilib

Bakıda “Kəlağayı Bayramı” adlı konsert keçirilib

24 Noyabr 2026 - 12:17
Yağış yağacaq, külək əsəcək – SABAHIN HAVASI

Yağış yağacaq, külək əsəcək – SABAHIN HAVASI

24 Noyabr 2026 - 12:10
İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər

İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər

24 Noyabr 2026 - 11:59
PSJ “Fənərbağça”nın ulduz futbolçusu ilə maraqlanır

PSJ “Fənərbağça”nın ulduz futbolçusu ilə maraqlanır

24 Noyabr 2026 - 11:49
Vyetnamda restoranda qaz partlayışı nəticəsində ölənlərin sayı üçə çatıb

Vyetnamda restoranda qaz partlayışı nəticəsində ölənlərin sayı üçə çatıb

24 Noyabr 2026 - 11:37
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

24 Noyabr 2026 - 11:30
Okinava ABŞ ordusuna Miyako hava limanından istifadəni qadağan edib

Okinava ABŞ ordusuna Miyako hava limanından istifadəni qadağan edib

24 Noyabr 2026 - 11:25
Avropada ötən ay təbii qazın nağd bazar qiyməti 160%-dən çox artıb

Avropada ötən ay təbii qazın nağd bazar qiyməti 160%-dən çox artıb

24 Noyabr 2026 - 11:17
DSX-nin hərbi qulluqçusu vəfat edib

DSX-nin hərbi qulluqçusu vəfat edib

24 Noyabr 2026 - 11:09
Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

24 Noyabr 2026 - 11:03
Vens və Qətərin Baş naziri ABŞ-İran danışıqlarının bərpasını müzakirə ediblər

Vens və Qətərin Baş naziri ABŞ-İran danışıqlarının bərpasını müzakirə ediblər

24 Noyabr 2026 - 11:00
FHN-in Cənub Regional Mərkəzi təlim keçirib – FOTO/VİDEO

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib – FOTO/VİDEO

24 Noyabr 2026 - 10:53
Bakıda avtobuslarla sərnişindaşımada rekord göstərici qeydə alınıb

Bakıda avtobuslarla sərnişindaşımada rekord göstərici qeydə alınıb

24 Noyabr 2026 - 10:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.