Parkinson xəstəliyini aşkar edən qələm istehsal edilib

🗓 04.06.2025 11:09 ✍️ "Elçi" qəzeti
Parkinson xəstəliyini aşkar edən qələm istehsal edilib

Alimlər Parkinson xəstəliyinin ilkin əlamətlərini aşkar edə bilən xüsusi qələm hazırlayıblar. Əl yazısını təhlil edən və süni intellektlə işləyən bu qələm ucuz və əlçatan diaqnostika vasitəsi olmaq potensialına malikdir.
Elchi.az xəbər verir ki, Parkinson xəstəliyi dünyada 10 milyondan çox insana təsir edir. Titrəmə, əzələ sərtliyi və yavaş hərəkətlər kimi əlamətlərlə özünü göstərən xəstəlik, Alzheimerdən sonra ikinci ən çox görülən nevroloji xəstəlik olaraq bilinir. Həm də bu qrupdakı ən sürətlə inkişaf edən xəstəliklərdən biridir.
Parkinson xəstəliyinin diaqnozu adətən xəstənin motor hərəkətlərinin müşahidəsinə əsaslanır. Lakin bu üsul, xüsusilə aşağı və orta gəlirli ölkələrdə qeyri-adekvat ola bilər, çünki mütəxəssis həkim və qabaqcıl texnologiya tələb edir. Erkən diaqnoz qoymaq mümkün olmayan bir çox insana xəstəliyin sonrakı mərhələlərində diaqnoz qoyula bilər.Parkinson hastalığını tespit eden kalem üretildi

Şayəstə Hüseynova

Bənzər yazılar