Parisdə baş verən partlayış nəticəsində azı 16 nəfər xəsarət alıb. Elchi.az xəbər verir ki, bu barədə Reuters polis idarəsinə istinadən xəbər verir.
Yaralılardan yeddisinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerində 230 yanğınsöndürən və tibb işçisi cəlb olunub.
Qeyd edək ki, iyunun 21-də Parisdə partlayış baş verib. Partlayış nəticəsində bir neçə bina yanıb.
Havar Şəfiyeva