Parisdə 30 nəfərdən ibarət bir qrup beş polis əməkdaşına hücum edib.
Elchi.az xəbər verir ki, bu barədə “CNews” televiziya kanalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
“Parisin 19-cu rayonunda təxminən 30 nəfərlik bir qrupun hücumuna məruz qaldıqdan sonra keçirilən əməliyyat zamanı beş polis əməkdaşı yaralanıb”, – deyə açıqlamada bildirilir.
Telekanalın məlumatına görə, polis şübhəli davranan bir kişini saxlayıb. O, müqavimət göstərməyə və kömək çağırmağa başlayıb. Bundan sonra 30 nəfər polis əməkdaşlarına hücum edib, onlardan üçü saxlanılıb.
Materialda hücum zamanı polis əməkdaşlarının öldürücü olmayan silahlardan və elektroşokerlərdən istifadə etməli olduqları göstərilir. Yaralı polislərin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.
Məryəm





















