Parisdə elektrikli skuterlərin icarəsi qadağan edilib

84

Parisdə şəhər referendumunun nəticələrinə əsasən, sentyabrın 1-dən elektriklə işləyən skuterlərin icarəsi qadağan ediləcək.
Elchi.az xəbər verir ki, bu barədə Fransanın “Sud Ouest” qəzeti yazır.
Aprelin 2-də keçirilən səsvermə zamanı orada iştirak edən parislilərin 89 faizi qadağanın tətbiqini dəstəkləyib. Qeyd olunur ki, referendumun keçirilməsinə səbəb şəhərə səpələnmiş skuterlərlə bağlı çoxsaylı şikayətlər olub.
1 mart 2023-cü il tarixində Rusiyada fərdi hərəkət vasitələrinin, o cümlədən elektrik skuterlərinin hərəkətini tənzimləyən Yol Qaydalarının yeni nəşri qüvvəyə minmişdir. Belə nəqliyyat vasitələrinin istifadəçilərinə saatda 25 kilometrdən çox sürətlənmək qadağan edilib və onların yaşı 14-dən aşağı olanlar da artıq yolun sağ tərəfində hərəkət edə bilərlər.

Nuranə Məmmədova