Paraqvayda keçirilən prezident seçkilərində hakim partiyanın namizədi Santyaqo Pena qalib gəlib. Pena qələbə nitqində deyib: “Müxtəlifliklərimizi bir kənara qoymağın və bir millət olaraq bizi birləşdirən ümumi səbəbləri prioritetləşdirməyin vaxtıdır”.
Elchi.az xəbər verir ki,Cənubi Amerikanın Paraqvay ölkəsində prezidentliyə namizəd, keçmiş iqtisadiyyat naziri Santyaqo Penanın prezident seçkilərində qalib gəldiyi təsdiqlənib.
Seçki heyətindən verilən açıqlamada, səslərin 96 faizinin hesablandığı Paraqvayda qeyri-müəyyən nəticələrə görə, hakim Kolorado Partiyasının namizədi Pena yüzdə 43,15 səslə prezidentlik yarışında qalib gəlib.
Solçu koalisiyanın namizədi Efrain Aleqre 27,51% səs toplayıb, sağçı populist namizəd Paraqvay Kuba isə 21,62 faiz səslə seçki yarışında üçüncü olub.
Senatda səs çoxluğu qazanan Penanın 17 qubernatorluqdan 14-də müvəffəqiyyət qazandığı bildirilir.
Pena paytaxt Asunsionda etdiyi zəfər nitqində tərəfdarlarına xitab edərək dedi: “Kollektiv rifahımıza və ümumi xoşbəxtliyimizə nail olmaq üçün hamınızı yekdilliyə dəvət edirəm. Artıq fikir ayrılıqlarımızı təxirə salmağın və bizi birləşdirən ümumi işlərə üstünlük vermənin vaxtıdır”.
Hazırkı prezident Mario Abdo Benites açıqlamasında seçkilərdə iştirak edən xalqı təbrik edərək, “Paraqvay xalqını və seçilmiş prezident Santiaqo Penanı təbrik edirəm. Qurumlarımızı və demokratiyamızı gücləndirmək üçün nizamlı və şəffaf keçidi təmin edəcəyik”-ifadəsini işlətdi.
Dünən Paraqvayda 4 milyondan çox seçici prezident, həmçinin vitse-prezident, 45 üzvlü Senat və 80 üzvdən ibarət Nümayəndələr Palatasına və 17 bölgənin qubernatoruna səs verib.
Kolorado Partiyası bir neçə müddət istisna olmaqla, Paraqvayda 20-ci əsrin ortalarından bəri hakimiyyətdədir.
Nuranə Məmmədova