Azərbaycan para-üzgüçüsü Roman Saley dünya rekorduna imza atıb.
Milli Paralimpiya Komitəsindən Elchi.az-a verilən məlumata görə, üçqat paralimpiya çempionu Almaniyanın paytaxtı Berlində keçirilən dünya seriyasının təsnifat mərhələsində 200 metrəyə sərbəst üzmədə 01.58.36 nəticə göstərib.
Dünya rekordunu yeniləyən idmançı yarışın final mərhələsinə vəsiqə qazanıb.
Bundan başqa, Saley 100 metr məsafəyə “butterfly” üsulu, millinin digər üzvü, paralimpiya çempionu Vəli İsrafilov isə 100 metrəyə brass üsulu ilə üzmədə finala yüksəliblər.
Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin 2026/2027-ci illər mövsümündə Avropa çempionatının seçmə mərhələsinin I raundunda iştirak edəcək heyəti müəyyənləşib. Elchi.az...





















Son şərhlər