Güc mənbələri iddia edir ki, Suren Papikyanın müdafiə naziri vəzifəsindən azad edilməsi məsələsi həll olunub. Hazırda onun icra mexanizmi müzakirə edilir. Onun hara gedəcəyi və yerinə kimin gələcəyi sual yaradır. Ermənistan parlamentinin müdafiə komissiyasının sədri Andranik Köçəryanın adı mətbuatda Papikyanın varisi kimi hallanır. Amma görünür, bu şayiələri məhz o yayır.
Elchi.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
“Mənbələrimiz bildirir ki, Paşinyan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanı müdafiə naziri postuna təyin etməyə meyillidir. O, müharibədən sonra Azərbaycan rəsmiləri ilə müxtəlif formatlarda həm əsirlərin dəyişdirilməsi, həm də hərbi əməliyyatlarla bağlı danışıqlar aparıb. Onun sərhədin delimitasiyası və demarkasiyasında iştirakı və azərbaycanlılarla ortaq dil tapması Paşinyan üçün ən dəyərli amillərdən biridir”, – məlumatda deyilir.
İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür
COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür. Elchi.az...