Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk Ukraynanın danışıqlar aparmaq üçün cəsarətli olması lazım olduğunu və Türkiyənin də bu məsələdə vasitəçilik təklif etdiyini bildirib.
Elchi.az xəbər verir ki, Papa İsveçrə Radio Televiziyasına (RSI) verdiyi xüsusi müsahibədə cari məsələlərlə bağlı qiymətləndirmələr edib.
Ukraynanın müharibədə ağ bayrağı qaldırıb-götürməməsi ilə bağlı bəzi müzakirələrin olduğunu xatırladan Papa, “İnanıram ki, vəziyyəti görən, xalqını düşünən, ağ bayraq qaldırıb danışıqlara cəsarət edənlər daha güclüdür. Bu gün beynəlxalq qüvvələrin köməyi ilə danışıqlar aparıla bilər.Danışıqlar cəsarətli ifadədir.Məğlub olanda,”İşlərin yaxşı getmədiyini görəndə cəsarətlə danışıqlar aparmalısan.Tərəddüd edirsən,amma bu müharibə nə qədər ölümlə bitəcək”.
Papa Fransisk vaxtında danışıqlara çağıraraq, “Vasitəçilik edəcək bir ölkə axtarmaq lazımdır. Məsələn, bu gün Ukraynadakı müharibədə vasitəçilik etmək istəyən çoxlu ölkə var. Türkiyə prosesin başlaması təklifi ilə çıxış edib. İşlər daha da pisləşməzdən əvvəl danışıqlardan çəkinməyin”-qiymətləndirməsini edib.
Papa İsrailin hücumuna məruz qalan Qəzzada katolik icması ilə hər gün görüşdüyünü, oradakı insanların ona yaşadıqlarını və bunun bir müharibə olduğunu söylədiklərini bildirib.
Nuranə Məmmədova