Roma Papası XIV Leo tənqidlərə baxmayaraq, sülh çağırışlarını davam etdirəcəyini bildirib.
Elchi.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Kilsənin missiyası Müjdəni təbliğ etmək, sülhü təbliğ etməkdir. Əgər kimsə məni İncil təbliğ etdiyimə görə tənqid etmək istəsə… Sadəcə ümid edirəm ki, Allahın sözlərinin dəyərinə görə məni dinləyəcəklər”, – Papa bildirib.
Tramp daha əvvəl mühafizəkar radio tok-şousunun aparıcısı Hugh Hewitt-ə demişdi ki, Papa bir çox katolikləri və bir çox insanı təhlükə altına qoyur, çünki o, İranın nüvə silahına malik olmasını yaxşı hesab edir.
Roma Papası İranın nüvə silahı inkişaf etdirməsini dəstəklədiyini bəyan etməyib.
Bundan əvvəl İtaliyanın xarici işlər naziri Antoni Tajani də ABŞ prezidentinin ittihamlarına cavab verərək, bunların qəbuledilməz olduğunu və sülh işinə töhfə vermədiyini bildirib.
Yeganə





















