Katoliklərin ruhani lideri Papa Fransisk xəstə olmasına baxmayaraq, Pasxa ritualını qaçırmadı. O, 12 qadın məhbusun ayağını yuyub.
Elchi.az xəbər verir ki, Katoliklərin ruhani lideri Papa Fransisk Pasxa mərasimi çərçivəsində Romadakı həbsxanaya baş çəkib.
Qadın həbsxanasına əlil arabasında gəlib. O, məhbusların ayaqlarını yuyub, öpdü.
Həmin an məhbuslardan bəziləri göz yaşlarını saxlaya bilməyib.
Katolik xristianlığında bu ənənə İsa Məsihin çarmıxa çəkilməsindən əvvəlki gecəyə təsadüf edir.
Bu, onun son şam yeməyində 12 həvarinin ayaqlarını yumasına əsaslanır.
Şayəstə Hüseynova