Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk İsrail-Fələstin probleminin “iki xalq, iki dövlət həlli”nə işarə edib.
Elchi.az xəbər verir ki, Roma Papası İtaliyanın dövlət kanalı Rai1-ə verdiyi müsahibədə gündəmdə olan önəmli məsələlərlə bağlı sualları cavablandırıb.
Yaxın Şərqdə münaqişənin qlobal miqyasda böyüməsindən qorxduğunu qeyd edən Papa deyib: “Bu müharibə bizə təsir edir, çünki İsrail, Fələstin, Müqəddəs Torpaqlar, Qüds, bəlkə də Ukrayna bizə yaxın olduğu üçün eynidir. Amma bizə təsir etməyən bir çox başqa müharibələr var, Kivu, Yəmən”. “Myanma və Rohinca xalqı şəhiddir. Dünya müharibədədir, amma bunun arxasında hərbi sənaye dayanır”-deyib.
Hər müharibənin bir məğlubiyyət olduğunu və müharibələrə öyrəşməmələri lazım olduğunu vurğulayan Papa, “Heç bir şey müharibə ilə həll edilə bilməz. Hər şey sülh və dialoqla qazanılır. Bir yerdə yaşamalı olan iki xalq var. Bu ağıllı həll yolu ilə , iki xalq, iki dövlət.
Ukraynada sülhə ehtiyac olduğunu bildirən katoliklərin ruhani lideri tərəflərə “Dayan. Bir az dayan və sülh müqaviləsi axtar. Bunun əsl həlli razılaşmalardır. Hər ikisi üçün” deyib. Papa həm Kiyevə, həm də Moskvaya getmək istədiyini də xatırladıb.
Papalıq müddətinin ən çətin anını soruşduqda, Papa Fransisk, “Mən Suriya müharibəsinə qarşı çıxmalı olduğum vaxt idi”-deyə cavab verib.
Katolik Kilsəsini narahat edən pedofiliya və sui-istifadə məsələlərinə gəlincə, Papa “Çox işlər görülüb, amma hələ görüləcək çox şey var” deyib. Kilsədə müzakirə olunan məsələlərdən biri olan qadınların roluna gəlincə, Roma Papası qadınların daha çox rol alacağını, lakin onların dini mərasimlərdə rolu ilə bağlı teoloji problemin olduğunu bildirib.
Nuranə Məmmədova